Modern.az

İrəvanda Paşinyana qarşı yeni mitinqlər başlayır

İrəvanda Paşinyana qarşı yeni mitinqlər başlayır

Aktual

22 Avqust 2022, 17:28

Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, müxalifətdəki Vətən Partiyasının sədri Artur Vanetsyan ictimai-siyasi xadim Edqar Qazaryanın təşəbbüsü ilə keçiriləcək etiraz aksiyasına dəstək verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, A.Vanetsyan Paşinyan hakimiyyətinə qarşı istənilən aksiyanı dəstəkləyəcəyini bəyan edib.

O, tərəfdarlarını Edqar Qazaryanın sabah saat 17:00-a təyin etdiyi mitinqdə iştiraka çağırıb.

Xatırladaq ki, Edqar Qazaryan Müstəqillik Hərəkatının yaradılmasına başladığını elan edib və Nikol Paşinyanın istefasına nail olana kimi aksiyalar keçiriləcəyini deyib.

Avqustun 23-də İrəvanda hərəkatın ilk mitinqi planlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı