Modern.az

“Azəriqaz”a 7 ayda 3527 müraciət daxil olub

“Azəriqaz”a 7 ayda 3527 müraciət daxil olub

Aktual

22 Avqust 2022, 18:01

“Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayevin verdiyi məlumata əsasən, cari ilin yeddi ayında 3527 müraciət daxil olub.

 

İB-dən Modern.az-a bildirilib ki, bunlardan 1181-i elektron müraciət formasında, digərləri isə yazılı formada qeydə alınıb.

 

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1206 müraciət az daxil olub. Bu isə daha yaxşı işin nəticəsidir”,- deyə şöbə rəisi vurğulayıb.

 

Daxil olan müraciətlər əsasən abonent məlumatları, qaz xətləri və yaxud sayğacın yerinin dəyişdirilməsi, kənd və qəsəbələrin qazlaşdırılması və sair mövzuları əhatə edib.

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar