Modern.az

Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir 

Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir 

Aktual

22 Avqust 2022, 21:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata açıqlamasında deyib. Türkiyə lideri bildirib ki, prezidentlərin görüşü böhranı kökündən həll etmək üçün yol açmağa kömək edəcək.

 

“Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək, böhranı kökündən həll etməkdir”, - Ərdoğan vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı