"Bizi çətin oyun gözləyir. Rəqibi yaxşı analiz etmişik. Fiziki və taktiki baxımdan hazırıq. Sabah yaxşı mübarizə və yaxşı nəticə ilə qrupa vəsiqə qazanmağa çalışacağıq".
Modern.az xəbər verir ki, bunu "Qarabağ" klubunun futbolçusu Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" (Çexiya) ilə cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Zubir heç vaxt Çempionlar Liqasının qrupunda oynamadığını bildirib: "Mən və komanda yoldaşlarım bu addımı atmaq üçün hazırıq. Qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb.