Türkiyədə meymunçiçəyi virusuna yoluxma sayı artaraq 11-ə yüksəlib.
Modern.az xəbər verir ki, bu barədə qardaş ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
"Bu, Türkiyə üçün qorxulu xəstəlik deyil. Nə pandemiya, nə də epidemik vəziyyət olacaq. Koronavirusa yoluxma sayı da son günlər azalmağa başlayıb", - deyə nazir əhalini təşvişə düşməməyə çağırıb.