Modern.az

Paşinyan hökumətin iclasını çağırdı - Azərbaycan müzakirə olunacaq

Paşinyan hökumətin iclasını çağırdı - Azərbaycan müzakirə olunacaq

Aktual

23 Avqust 2022, 13:25

Ermənistan hökumətinin növbəti iclası avqustun 24-də keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə “Armenpress” Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Nazirlər Kabinetindəki mənbənin bildirdiyinə görə, iclas baş nazir Nikol Paşinyanın sədrliyilə keçiriləcək.

İclasda Ermənistan-Azərbaycan münasibətlərinə dair son hadisələrə də toxunulacağı gözlənilir.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, yaxın günlərdə "Laçın dəhlizi" boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək. 
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...