Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfirliyi öz vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə səfirlik rəsmi açıqlama yayıb.
“Yaxın günlərdə Ukraynanın mülki və hökumət obyektlərinə raket zərbələrinin sayı artacaq. Buna görə də səfirlik amerikalıları Ukraynanı təhlükəsiz olduğu halda yerüstü nəqliyyat vasitələri ilə tərk etməyə çağırır”,- məlumatda qeyd olunub.