06Aprel | Ana Səhifə - Yazılar - Şəhid başdaşılarından qələbə çağırışları – Lələtəpənin kəbələşən ağacları
Şəhid başdaşılarından qələbə çağırışları – Lələtəpənin kəbələşən ağacları

Elşad Eyvazlı

Düz üç ildir ki, Lələtəpə, Cocuq Mərcanlı insanlarımızın ziyarət yerinə çevrilib...

Düz üç ildir Lələtəpə, Cocuq Mərcanlı Azərbaycan xalqı üçün ən müqəddəs bir məkan olub.

Dilə gətirilməsə də, Məşhəd, Kəbəmizdir - Lələtəpə, Cocuq Mərcanlı...

Əsrlərlə daşlaşmış müqəddəs yerlərdən daha müqəddəs olub Lələtəpə... 

Mən məktəblilər  tanıyıram ki, öz ad günündə valideynlərindən hədiyyə olaraq, Lələtəpəyə, Cocuq Mərcanlıya aparılmasını istəyirlər...

Mən gənclər, gənc cütlüklər tanıyıram ki, toylarından əvvəl Lələtəpəyə, Cocuq Mərcanlıya gedib, orada əhd-peyman kəsirlər...

Mən yaşlı insanlar tanıyıram ki, “Həyatdır, bilmək olmaz, heç olmasa, Lələtəpəni, Cocuq Mərcanlını görüm” deyirlər.

Özü də bunu istəyənlər tək qarabağlı deyillər; qubalı da, qazaxlı da, lənkəranlı da belə istəyir.

Deməli, Lələtəpə xalqımızı təbii olaraq, öz ətrafında birləşdirə bilib. Və nədənsə adamda çox əminlik yaranır ki, Lələtəpə mütləq möcüzələr edəcək: Lələtəpə ətrafındakı birlik  Şuşanı, Kəlbəcəri, Dərələyəzi, bütün işğal olunan torpaqlarımızı azad edəcək.

Ötən gün Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlıda keçirilən ağacəkmə aksiyasında bunu bir daha gördük.

Tək bunu görmədik. Başqa daha böyük şeylər də gördük.

Gördük ki, başdaşlarından boylanan ŞƏHİD ŞƏKİLLƏRİ canlı insandan daha diri, daha mənalı, daha isti baxır. O baxışlarda bir xoşbəxtlik var. O baxışlarda bir çağırış var...

Hər bir ŞƏHİD adına əkilən ağac adi ağaclar deyil, indidən Vətəni öz kölgəsinə alacaq qədər azman görünən varlıqdı.

Gördük ki, bu məkana axışan insanlar bu məkana sığmır. Qələbəyə acmış insanlara mütləq yeni-yeni Lələtəpələr lazımdı...

MÜƏLLİFİN DİGƏR YAZILARI
“5 il əvvəlki Əfqanıstan deyilik” – Əşrəf Qani “Taliban”ı hədələdi 29 Fevral 2020, 14:18 Moldovanın spikeri Azərbaycan səfirinə martişor hədiyyə etdi 29 Fevral 2020, 14:08 Nazirlərin rayonlarda qəbul cədvəli AÇIQLANDI 29 Fevral 2020, 13:59 Türkiyənin İdlibdə verdiyi şəhid sayı 36-ya çatdı 29 Fevral 2020, 13:48 Mağazalardan brend geyim əşyaları oğurlayan şəxs saxlanıldı 29 Fevral 2020, 13:45 Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başladı 29 Fevral 2020, 13:38 Sabahın hava proqnozu - güclü külək, yağış, qar... 29 Fevral 2020, 13:25 Müsavat başqanı da Prezident Administrasiyasına ÇAĞIRILDI 29 Fevral 2020, 13:14 Yol qəzalarında 3 nəfər öldü 29 Fevral 2020, 13:04 Polis qadağan olunmuş yerlərdə siqaret çəkənləri CƏRİMƏLƏYİR 29 Fevral 2020, 12:59 DGK və DİN birgə əməliyyat keçirdi 29 Fevral 2020, 12:42 Telefondan asılmaq, informasiya bolluğu huşsuzluq yaradır - PROBLEM 29 Fevral 2020, 12:35 Ali Məhkəmə Hüseyn Abdullayev və anasının şikayətinə baxacaq 29 Fevral 2020, 12:22 Azərbaycan neftinin qiyməti bir qədər də ucuzlaşdı 29 Fevral 2020, 12:08 Gürcüstanda koronavirusa görə karantinə alınanların sayı artdı 29 Fevral 2020, 12:00 DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı 29 Fevral 2020, 11:54 İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb 29 Fevral 2020, 11:45 Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan QAYITDI 29 Fevral 2020, 11:36 İran parlamentinin yeni deputatı virusdan öldü 29 Fevral 2020, 11:22 Martda 15 gün iş olmayacaq 29 Fevral 2020, 11:10 Goranboyda adam öldürən polis zabitinin məhkəməsi başladı 29 Fevral 2020, 11:02 “Unudulmaz səslər” - “Cahargah”ın bənzərsiz ifaçısı Sabir Mirzəyev toyda necə aldadılıb... 29 Fevral 2020, 10:53 Koronavirusa yoluxmuş Rusiya vətəndaşından XƏBƏR VAR 29 Fevral 2020, 10:41 İrandakı bütün Azərbaycan vətəndaşları geri QAYITDI 29 Fevral 2020, 10:34 ABŞ-dan Türkiyəyə dəstək 29 Fevral 2020, 10:28 Daha bir ölkə İranla əlaqələri kəsdi - Koronavirusa görə 29 Fevral 2020, 10:20 Ordumuz genişmiqyaslı təlimlərə başlayır 29 Fevral 2020, 10:17 Ukrayna 9 May Qələbə Günündən İMTİNA ETDİ 29 Fevral 2020, 10:12 Qərb rayonlarımız atəşə tutuldu 29 Fevral 2020, 10:00 Azərbaycanın Xalq artisti vəfat etdi 29 Fevral 2020, 09:52 ABŞ Konqresi üzvündən Xocalı BƏYANATI 29 Fevral 2020, 09:39 Fevral niyə qısa ay kimi təqvimə düşüb? - MARAQLI 29 Fevral 2020, 09:33 Paytaxt polisi 30 cinayətin üstünü açdı 29 Fevral 2020, 09:28 Fransanın səhiyyə nazirindən koronavirus çağırışı: “Əl sıxmaqdan qaçının” 29 Fevral 2020, 09:25 İrandan qayıdan Ağdaş sakini karantinə alındı 29 Fevral 2020, 09:11