Modern.az

Fransa təyyarələri üçün hava məkanı bağlandı

Fransa təyyarələri üçün hava məkanı bağlandı

Dünya

24 Sentyabr 2023, 20:56

Nigerdə hakimiyyəti ələ keçirən qiyamçılar Fransa təyyarələrinin ölkənin hava məkanından istifadəsinə qadağa qoyub.

 

Modern.as xəbər verir ki, bu barədə Afrika və Madaqaskar Hava Naviqasiyasının Təhlükəsizliyi Agentliyi (ASECNA) məlumat yayıb.

 

Açıqlamada deyilir ki, Nigerin hava məkanı “Fransa təyyarələri və ya Fransa tərəfindən icarəyə götürülmüş, o cümlədən “Air France”a məxsus təyyarələr istisna olmaqla, bütün daxili və beynəlxalq kommersiya uçuşları üçün açıqdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu