Modern.az

30 ildən sonra həbs edilən mafiya lideri öldü

30 ildən sonra həbs edilən mafiya lideri öldü

Dünya

25 Sentyabr 2023, 08:06

30 il axtarışda olduqdan sonra bu ilin yanvar ayında həbs edilən İtaliyanın mafiya lideri Matteo Messina Denaro vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın "Ansa" informasiya agentliyi məlumat yayıb.

 

61 yaşlı Messina Denaro həbs olunarkən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Son həftələrdə vəziyyəti pisləşdiyi üçün o, xəstəxanaya köçürülmüşdü.

 

Uzun müddət axtarışda olanların siyahısında ən təhlükəli şəxslərdən biri hesab olunan Denaro hüquq-mühafizə orqanlarından 30 il müddətində yayınmağı bacarıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu