Ermənistan Milli Assambleyasının IX çağırışı fəaliyyətə başlayıb. Parlamentin ilk iclasını yaşca ən böyük deputat Knyaz Həsənov açıb.
Modern.az xəbər verir ki, Knyaz Həsənov çıxışında hakimiyyət və müxalifət nümayəndələrini fikir ayrılıqlarını kənara qoymağa və dövlət naminə birləşməyə çağırıb.
“Oppozisiya və iqtidar deputatlarından xahiş və tələb edirəm ki, fikir ayrılıqlarını geridə qoysunlar, dövlətimiz və hökumətimiz ətrafında birləşərək ölkəmizin inkişafı üçün birlikdə çalışsınlar”, – deyə o bildirib.
İlk dəfə olaraq müstəqil Ermənistan tarixində parlamentin ilk iclası bütün ermənilərin Katolikosu II Qareginin xeyir-duası olmadan başlayıb. Bu hal müxalifət nümayəndələrinin etirazına səbəb olub.