Modern.az

İçərişəhərdə gənc rəssamlardan maraqlı performans - GÖRÜNTÜ

İçərişəhərdə gənc rəssamlardan maraqlı performans - GÖRÜNTÜ

Mədəniyyət

9 İyun 2026, 11:18

Bakının tarixi məkanlarından olan İçərişəhərdə gənc rəssamlar açıq havada rəsm çəkiblər.

Modern.az xəbər verir ki, gənclər İçərişəhərin müxtəlif guşələrində yerləşərək qədim küçələri, tarixi tikililəri və şəhər mənzərələrini kətan üzərinə köçürüblər.

Rəssamların hazırladığı əsərlərdə əsasən İçərişəhərin memarlıq nümunələri və tarixi ab-havası əks olunub.

Açıq havada çalışan gənclərin fəaliyyəti ərazidə olan turistlərin və şəhər sakinlərinin də diqqətini cəlb edib.

Qeyd edək ki, gənc rəssamlar yay aylarında mütəmadi olaraq bir araya gələrək müxtəlif məkanlarda, o cümlədən təbiət qoynunda rəsm çəkirlər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR