Modern.az

Daha iki cüdoçumuz medal qazandı

Daha iki cüdoçumuz medal qazandı

25 İyun 2016, 00:33

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir. Cüdo Federasiyasından Modern.az-a verilən məlumata görə, Azərbaycan milli komandası yarışın ikinci günü aktivinə daha 2 medal yazdırıb.

60 kq. çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqblərindən üstün olaraq qızıl medal qazanıb.

73 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal qazanıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!