Modern.az

AYİF-in 2016-cı il üçün Yay Məktəbinin bağlanış mərasimi keçirilib-FOTO

AYİF-in 2016-cı il üçün Yay Məktəbinin bağlanış mərasimi keçirilib-FOTO

Mədəni̇yyət

9 Sentyabr 2016, 22:52

2016-cı ilin sentyabr ayının 9-da Azərbaycan Respublikası Yelkənli İdman Federasiyası (AYİF) tərəfindən Yay Məktəbinin bağlanış mərasimi təşkil edilib. Tədbirdə AYİF-in idarəetmə komitəsinin üzvləri ilə yanaşı, beynəlxalq dərəcəli mütəxəssislər, idmançılar, eləcə də, ictimaiyyət nümayəndələri iştirak edib.


Modern.az xəbər verir ki, AYİF-in prezidenti Qüdrət Qurbanov tədbiri giriş sözü ilə açaraq, ötən ay keçirilmiş Rio Olimpiadasında idmançılarımızın uğurlarını və sözügedən Olimpiadada idmançıların sayına görə nisbətdə ölkəmizin ən çox medal qazanan ölkələr arasında birinci tutmasının ölkədə idmana verilən önəmin göstəricisi olduğunu diqqətə çatdırıb. Qüdrət Qurbanov tədbirdə AYİF tərəfindən qısa müddətdə görülən işlərdən və gələcək planlardan danışaraq, idmançıların qısa müddət ərzində əldə etdikləri uğurları yüksək qiymətləndirərək, ölkədə ilk dəfə təşkil olunmuş Azərbayan Yelkənli İdman Federasiyasının "Optimist sinfi" üzrə Federasiya Kuboku yarışlarından məmnunluğunu bildirib.


Daha sona AYİF-in xətti ilə Azərbaycanda fəaliyyətə başlayan beynəlxalq mütəxəssislər- Burcu Alqon Giorgiani, Seyhun Yıldız, Tuğçe Subaşı tərəfindən hesabat xarakterli təqdimat edilib.


Tədbirdə AYİF tərəfindən təşkil edilmiş yay Məktəbinin iştirakçılarına və qaliblərinə müvafiq sertifikatlar verildi, eləcə də , 8-9 sentyabr 2016-cı il tarixlərində təşkil edilmiş Optimist sinfi üzrə Federasiya Kuboku 2016 qalibləti elan edilərək mükafatlandırılıb.
Tədbir çərçivəsində ölkədə yelkən idmanının təbliğatı və cəmiyyətin bu idman növünə marağının artırılması üçün "Media Müsabiqəsi 2016" edilərək , tədbirdə iştirak edən media nümayəndəıərinə müsabiqənin şərtləri təqdim edilib. Müsabiqənin şərtıəri və ərizəyə dair məlumatı AYİF-in internet səhifəsindən əldə etmək olar.


Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi