Arxiv
29 Sentyabr 2016, 09:28 | HADİSƏ
“Səhiyyədəki rüşvətin qarşısı alınacaq” - İcbari tibbi sığortanın DETALLARI

“Bu gün Azərbaycanda nə özəl və nə də dövlət tibb müəssisələri icbari tibbi sığortanın tətbiqinə hazırdır. Amma hazır olmalıdırlar”.


Bunu Modern.az saytınaaçıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.


Deputat bildirib ki, icbari tibbi sığortaya ilk olaraq pilot layihələrlə başlamaq lazımdır. Musa Quliyev icbari tibbi sığortanın səhiyyədəki əhəmiyyətindən də danışıb:


“Hazır olmaqdan ötrü isə ilk növbədə pilot layihələr tətbiq olunmalıdır. İcbari tibbi sığorta bütün dünyada səhiyyənin modelləşdirilməsinin və bu xidmətin əhaliyə daha yaxından çatdırılmasının optimal üsuludur.

Bu gün Azərbaycanda səhiyyənin modelləşdirilməsi, icbari tibbi sığorta modelinə keçməsi ən uğurlu addımdır. Hesab edirəm ki, bu layihə yaxın zamanlarda çox böyük müvəffəqiyyətlə tam tətbiq olunacaq”.


Deputat səhiyyədə tətbiq olunacaq icbari tibbi sığortanın Azərbaycana nələr verəcəyini açıqlayıb:


“İcbari tibbi sığorta əhaliyə minnətsiz tibi xidmət verəcək. Artıq bundan sonra nə həkimin, nə də xəstənin bir-birindən asılılığı və başqa formalarda gözləntisi olacaq. Vətəndaşın həkimin və tibb müəssisəsinin yanında gözükölgəliyi olmayacaq.

Artıq bundan sonra həkim “mən xəstəyə xidmət göstərdim, amma o mənə heç nə vermədi” deyə düşünməyəcək. Hər göstərilən tibbi xidmətə görə konkret olaraq məbləğ ödəniləcək. İşləyən vətəndaşların iş yerləri İcbari Tibbi Sığorta Agentliyinə vəsait ödəyəcək. Yəni işləyən vətəndaş özü öz icbari tibbi sığortasını maliyyələşdirəcək.

Təbii ki, qanunla nəzərdə tutulmuş hallarda işləməyən və işsizlik qabiliyyəti olan, müəyyən kateqoriyalı vətəndaşların icbari tibbi sığorta haqqını isə dövlət ödəyəcək. İcbari tibbi sığortanın ən yaxşı cəhəti odur ki, klinikalar və həkimlər arasında sağlam rəqabət mühiti olacaq.

Yəni bundan sonra kim yaxşı xidmət göstərsə, müalicə aparsa, vətəndaş da özü könülü olaraq icbari tibbi sığortasını həmin həkimə və klinikaya həvalə edərək, onlarla müqavilə bağlayacaq”.


M.Quliyev icbari tibbi sığortanın səhiyyədəki neqativ halları aradan qaldıracağını düşünür:


“Əgər bu gün səhiyyə sistemində korrupsiya və rüşvət halları varsa, icbari tibbi sığorta tətbiq edildikdən sonra bunun qarşısı alınacaq. İcbari tibbi sığorta keyfiyyətsiz tibbi xidmətin sonunu gətirəcək.

Xəstəyə lazım olmayan bahalı dərmanların, reseptlərin yazılmasının qarşısı alınacaq. İcbari tibbi sığorta sisteminin tətbiqi həkim-xəstə-səhiyyə müəssisəsi arasındakı mövcud münasibətlərin hüquqi çərçivədə həll olunmasında xüsusi rol oynayacaq”.


Ağa AKİFOĞLU

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Orta məktəblərdə I yarımil üzrə qiymətləndirmə başlandı   21 Yanvar 2021, 10:00 Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb 21 Yanvar 2021, 09:48 Şirvanda ev yandı 21 Yanvar 2021, 09:42 Ölkə əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2021, 09:36 “Brent” ucuzlaşdı 21 Yanvar 2021, 09:30 Ronaldu daha bir rekorda imza atdı 21 Yanvar 2021, 09:24 Qanunsuz ov edib satdılar, cərimələndilər 21 Yanvar 2021, 09:18 Dolların uzunmüddətli ucuzlaşması gözlənilir 21 Yanvar 2021, 09:12 Bakıya qar yağır - FOTO 21 Yanvar 2021, 09:06 Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Dollar yeni günə köhnə qiymətlə BAŞLADI 21 Yanvar 2021, 08:54 Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək 21 Yanvar 2021, 08:48 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27