Modern.az

Rusiya Ermənistana yeni növ silahlar satacaq

Rusiya Ermənistana yeni növ silahlar satacaq

17 Oktyabr 2016, 13:50

Rusiya ilə Ermənistan arasında yeni silah müqaviləsi imzalanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Sergey Minasyan məlumat verib. Onun sözlərinə görə müqavilə Putin və Sarkisyan arasında Yerevanda KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) iclasında əldə olunub.

 

“Bəli, belə bir informasiya var. Razılaşma tam realizə olunmadığı üçün hansı silahların alındığını deyə bilmərəm. Lakin belə bir razılaşmanın olması silah tədarükünün çox qısa zamanda gerçəkləşəcəyini deməyə əsas verir”.

 

Rusiya 2015-ci ildə Ermənistana silah almaq üçün 200 milyon dollar həcmində kredit ayırmışdı.

 

Vüqar İSMAYILOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir