Modern.az

Rüfət Aslanlı banklara xəbərdarlıq məktubu göndərib

Rüfət Aslanlı banklara xəbərdarlıq məktubu göndərib

4 Noyabr 2016, 12:40

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı (MBNP) Azərbaycanın kommersiya banklarının rəhbərlərilə görüşüb.

Modern.az xəbər verir ki, bu haqda jurnalistlərə açıqlama verən R.Aslanlı həmçinin, valyuta alqı-satqısında tətbiq olunan marja ilə bağlı banklara xəbərdarlıq məktubu göndərildiyini qeyd edib.

 

Palata sədri görüş zamanı aparılan müzakirələrdən də danışıb:

“Görüşdə bəyan etdik ki, əgər hansısa bank belə həssas dövrdə valyuta alqı-satqısına dair qanunvericiliyi pozarsa, ən ciddi tədbirlər görüləcək.

Reallıq budur ki, bankların bütün valyuta əməliyyatlarına nəzarət etmək mümkün deyil. Çünki, onların bütün valyuta əməliyyatlarını görmürük. Banklar ayda bir dəfə bizə hesabat verir və həmin hesabat əsasında onların vəziyyətini qiymətləndiririk. Amma əgər hər hansı bank, onun filialı, şöbəsi qanunu pozarsa, dərhal tədbir görürük”.

 

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir