Arxiv
7 Noyabr 2009, 22:00 | ÖLKƏ
Ceyms Bondun sərgüzəştlərinin lentə alındığı Azərbaycan şəhəri

Bu şəhərin dünyada analoqu çox azdır. Söhbət Xəzər dənizinin Azərbaycana aid ərazi sularında salınmış şəhərdən-Neft Daşlarından gedir. Onu dünyada ilk neft platforması adlındırmaq da olar. Bu qəsəbə tipli şəhərcik dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada sudan bir neçə metr hündürlükdə tikilib. Noyabrın 7-də onun 60 yaşı tamam oldu.

Bura Abşeron yarımadasından 42 km cənüb-şərqdə, açıq dənizdə, polad dirəklər üzərində salınmış neft «şəhəri»dir. Sözügedən ərazisinin Neft daşları adlandırılması təsadüfi deyil. Təqribən 60 il öncə Xəzərdəki 20 ədəd sal qayadan ibarət adacıq kəşf ediləndə oradakı daşlardan bəzilərində neft-qaz nişanələri aşkar olunduğundan ərazi Neft Daşları adlandırılıb.

Neft Daşları açıq dənizdə olduğundan burada güclü küləklər əsir, fırtına zamanı dalğanın maksimum hündürlüyü 10-12 metrə çatır. Neft daşlarında orta temperatur yanvarda +4,8 dərəcə, avqustda isə +24,9 dərəcə olur.

Neft Daşları rayonunda ilk geoloji kəşfiyyət işləri 1946-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının ekspedisiyası həyata keçirib. Həmin ekspedisiyaya görkəmli neftçi-geoloq Ağa Əliyev rəhbərlik edib. Hələ 1945-ci ildə Azərbaycanda dəniz kəşfiyyatının xüsusi tresti yaradılarkən dənizdə geoloji kəşfiyat işlərinə rəhbərlik Ağa Əliyevə tapşırılmışdı. Məhz onun apardığı geoloji tədqiqatlar nəticəsində Abşeron və Bakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozu verilib, geoloji axtarış və kəşfiyyat işlərinin harada aparılması əsaslandırılıb. Əfsanəvi Neft Daşlarının kəşfi də A.Əliyevin adı ilə bağldıdır.

Sözügedən ərazidə neft-qaz nişanələri aşkarlanandan sonra-1947-ci ildə bura yeni ekspedisiya gəlib. 1948-ci ildə məşhur neftçi Yusif Səfərov ilk dəfə geoloji kəşfiyyat desantının tərkibində Neft Daşlarına gələrək burada birinci kəşfiyyat buruğunun yerini müəyyənləşdirib. 1948-ci il noyabrın 14-də isə pis hava şəraitində göyərtəsində görkəmli geoloq Ə.Əliyev və buruq üzrə mütəxəssis  S.Orucov olan «Pobeda» adlı kiçik bir gəmi daşlı-qayalı bu kiçik adaya yan alıb. Onlar burada ilk burğu qurğusunu və buruqçular briqadası üçün cəmi 14 kvadrat metr olan evcik tikiblər. Bu artıq fırtınalı-qasırğalı Neft Daşlarının ram edilməsi demək idi.

Adacıqda görülən işlər nəhayət 1949-cu ildə öz bəhrəsini verib. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda zəngin neft və qaz yataqlarının mövcudluğunu yəqin edən Azərbaycan geoloqları bu ehtiyatların hasilatının elmi metodlarını axtararaq onların sənaye üsulu ilə hasil edilməsi prosesini kəşf ediblər. 1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fontan vurub. Neft Daşlarında ilk kəşfiyyət quyusunu 1949-cu ildə məşhur neftçi Mixail Kaveroçkinin briqadası qazıb. Laylara su vuraraq süni təzyiq yaratmaq üsulu ilk dəfə Neft Daşlarında sınaqdan keçirilib. 1949-cu ildən burada 1940 quyu qazılıb, 160 milyon ton neft, 12,3 milyard kubmetr qaz əldə edilmişdi.
Neft Daşlarını fəth edənlərin çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görüldülər. 1951-ci il fevralın 18-də Neft Daşlarınin nefti ilə doldurulmuş ilk tanker boşaldılmaq üçün Dübəndi limanına yan alıb. Bir müddət sonra isə dənizin 20-25 metr dərinliyində estakadalar və burğu, texnoloji sahələr tikilməyə başlanıb. Artıq 1952-ci ildə açıq dənizdə, polad dirəklər üzərində «Neft Daşları» adı ilə bütün dünyada məşhur olan şəhər mövcud idi.

Elektrostansiyaların, nasos-kompressor kompleksinin, köməkçi sexlərin, neftçilərin yaşaması üçün 5-9 mərtəbəli evlərin ümumi sahəsi 1960-cı ilin əvvələrində 70 min kvadrat metrii əhatə edirdi. O zaman Neft Daşları dəniz möcüzə-şəhərinə çevrilmişdi. Ötən əsrin 60-cı illərinin sonuna yaxın özünəməxsus «küçə» vəzifəsini yerinə yetirən estakadaların ümumi uzunluğu 200 kilometrdən çox idi.

Neft Daşları ilə Bakını radiotelefon rabitəsi birləşdirir. İnsanları, qida məhsullarını və başqa əşyaların daşınmasında Mİ-8 vertolyotundan istifadə olunur. 2000-dən çox əhalisi olan Neft Daşları Azərbaycanın ən şərq yaşayış məntəqəsi sayılır.

Neft Daşlarından Çilov adasına, oradan da quruda yerləşən Zirə qəsəbəsinə qaz kəməri çəkilib. Neft Daşlarında fəhlə-gənclər məktəbi, Bakı Neft texnikumunun filialı, mədəniyyət evi, kütləvi kitabxana, kinoteatr, poliklinika-xəstəxana, vertolyot meydançası, istisaslaşdırılmış hidrometeoroloji stansiya, İstilik Elektrik Stansiyası yerləşir. Neft Daşları rayonunda dənizin çirklənməsinə qarşı mübarizə məqsədi ilə qurğular tikilib. Əfsanəvi «dəniz şəhəri»  haqqında çoxlu şeir, poema, roman, pyes yazılıb, bədii və sənədli filmlər («Qara daşlar», «Xəzər neftçiləri haqqında dastan», «Dənizi fəth edənlər») çəkilib. Dəniz fatehləri Azərbaycanın şair, yazıçı, bəstəkar və rəssamlarının əsərlərində əfsanəvi qəhrəmanlara çevrilib.
Qeyd edək ki, Ceyms Bondun məşhur sərgüzəştlətindən biri olan «Dünya kifayət deyil» (The World Is Not Enough) filminin əsas kadrları da məhz Neft Daşlarında lentə alınıb. Bu gün Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Əzizbəyov rayonuna daxildir. Azərbaycanda neft sənayesinin inkişafına məhz Neft Daşları təkan verdi. Bu gün əbəs yerə deyilmir ki, Neft Daşları olmadan Azərbaycanda böyük neft və yaxud qaz hasilatı layihələri gerçəkləşə bilməzdi.  Bu əfsanələr şəhəri Azərbaycanın neft salnaməsinin ən şanlı səhifələrindən biridir.

ABŞ-da, Hyuston şəhərinin 30-40 kilometrliyində 2004-cü ildən «Ocean Stars»-yəni «Okeanın ulduzları» muzeyi fəaliyyət göstərir. Həmin muzey dünya neft sənayesinin pionerlərinin əməyini xüsusi mükafatlarlara layiq görüb. Laureatlar arasında Neft Daşlarını kəşf edən məşhur azərbaycanlı geoloq Ağa Əliyevin və neftçi Yusif Səfərovun da adı var.

 

 

 

Əfqan Qafarlı

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək?.. 30 Oktyabr 2020, 09:14 Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü 30 Oktyabr 2020, 09:00 “Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:55 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17