Arxiv
20 İyun 2017, 09:31 | AKTUAL
Anamın məktubları

Ötən ay İsveçin Karlskrona şəhərində “Kitab və dəniz” (“Bok och Hav”) adlı ədəbiyyat festivalı oldu. Skandinaviyanın, başqa ölkələrin əlliyədək yazıçı-şairinin qatıldığı üç günlük festivala məni də çağırmışdılar.

 

Festival ölkənin gəmiçilik tarixini əks etdirən muzeydə – Marinmuseumda keçirilirdi. Qaydalara görə iştirakçılar özləri barədə, yazı-pozuları haqda danışmalı, kitablarını təqdim etməliydilər. Mövzunu konkretləşdirim deyə dəvət göndərən təşkilatçıya yazıb nədən danışmağımı istədiyini əvvəlcədən xəbər aldım. Göndərdiyi dörd sual ətrafında çıxış etməyimi istədi.

Dediyi kimi də elədim. Çıxışı həmin suallar üzərində qurdum.

Elə bu yazı da o çıxışdan ərsəyə gəldi.

 

***

 

Birinci sual: “Yazmağa necə başladın?”

 

Məndə yazmağa inamı anamın məktubları yaratdı.

Sovet ordusunda xidmət edirdim. Bilirəm, Sovet ordusu deyəndə isveçlilərin təsəvvüründə qorxunc bir ordu canlanır, elə bu muzeyin ikinci mərtəbəsində “Soyuq müharibə: SSRİ-NATO” bölməsində nümayiş olunan şəkillər də çox şey deyir. Sovet ordusu işğalçı orduydu, mənim də vətənimi işğal edib, çox qan töküb. Bundan danışmıram.

Dünyanı lərzəyə gətirən bir ordunun xidməti boyu bir güllə belə atmayan minlərlə məsum əsgərindən birinin anasından aldığı məktublardan danışıram.

Əsgərlik vaxtı anamdan aldığım bütün məktublar “Anan sənə qurban…” sözləriylə başlayırdı. Təzə vaxtlarda məktubu alan kimi kazarmamızın arxasındakı meşəyə qaçırdım, açıb orda oxuyurdum.

 

Həyətimizdəki güllərin açmasından, ağacların çiçəkləməsindən, qonşu qızın ərə getməsindən, toyuğumuzun cücə çıxarmasından, daha nə bilim, nələrdən yazırdı. Nə yeyib, nə içdiyimi soruşurdu, əynim qalındımı, nazikdimi, üşüyürəmmi – xəbər alırdı.

Nədən yazırdı yazsın, onun məktublarını hekayə kimi, nağıl kimi oxuyurdum.

Cavabım elə o məktubların ovqatında olurdu. Onları duyğuların bədii təsviriylə yazırdım. Maraqlı alınırdı. Sonra daha həvəslə yazmağa başladım. Bəzən bir məktuba iki, üç cavab göndərirdim.

Evə dönəndə gördüm ki, anam bütün məktublarımı bir qutuya yığıb saxlayıb. Elə təsirlənmişdim ki..

Mən isə onun heç bir məktubunu saxlamamışdım.

İllər sonra öz köhnə məktublarını oxuyanda elə bilirsən, onları başqasına yox, elə özünə yazmısan. Özünün başqa zaman və məkandakı məqamına yazmısan.

Əsgərlikdən döndüyüm yay onları keçmişdən bu günümə göndərdiyim məktublar kimi bir də oxudum.

Elə o məktubların təsiriylə ilk hekayəmi yazdım. Sonra daha bir neçə hekayə qaraladım. Qarabağda müharibə başlayanda o məktublar da, o hekayələrin əlyazmaları da evimizin zirzəmisində qaldı. Başqa lazımsız şeyləri çıxarıb onları unutmağımı özümə bağışlamıram.

Mənə yazmağı öyrədən anamın məktubları ermənilərlərin şəhərimizə vurduqları odda yandı.

 

İkinci sual: “Sən niyə yazırsan?”

 

Mənim üçün yazmaq içimdəki ikinci “mən”lə – o biri Vahidlə ünsiyyət qurmaqdı. Şərqin böyük panteist şairi və filosofu Yunus İmrə belə deyirdi: “Bir mən vardır məndə, məndən içəri”.

Ünsiyyət insana hava kimi, su kimi lazımdı. Ünsiyyət olmasa insan dəli olar. Ünsiyyətə adam tapmasanız gedin meşəyə ağaclarla danışın. Hərdən mən belə edirəm.

Robinzon Kruzo adada tək qalanda özünə kukla düzəldir, onunla danışır. Tanıyırsınız onu, Daniel Defonun qəhrəmanını deyirəm.

Mən İsveçdə öz ölkəmdəkindən daha çox yazıram. Dostlarım bunu burada vaxtın çox olmasına bağlayırlar. Amma bu həqiqətin yarısıdı. Qürbətdə hər istəyində ünsiyyətə adam tapmırsan. Söhbət eləməyə biri olmayanda içindəki adamla danışırsan. Mən də “onunla” danışıram və bu söhbətdən yazı alınır.

Yazılarım özümlə söhbətlərimdi.

 

Üçüncü sual: “Nədən yazırsan?”

 

Yazar iki ünvanda yaşayır, biri ətraf mühitdi, digəri onun daxili aləmidi. Yazı mövzularını ona həm cəmiyyət diqtə edir, həm də qəlbi söyləyir. Mən ikisini birləşdirirəm. Məni narahat edən suallar elə insanların cavab axtardığı suallardı.

Kitablarımın əsas qəhrəmanı tənha insandı. Məni yalqız insan, yaxud, insan yalqızlığı düşündürür. Müxtəlif situasiyalarda o özüylə, ətrafıyla necə davranır?

Azadlıqlara açıq toplumda yaşayan insanla qapalı cəmiyyətlərin adamı bir deyil. Bu fərq özünü nələrdə göstərir?

İnsan yaşadığı cəmiyyətin yetirməsidi, amma yaşadığı cəmiyyəti də insan özü qurur. Onda cəmiyyət yetirdiyi insana, yaxud əksinə, insan qurduğu cəmiyyətə bənzəyirmi?

“Kuba dəftəri”ində bu suallara cavab verməyə cəhd eləmişəm.

Zaman və məkan nədi? Mən məkana da, zamana da insan kontekstindən yanaşıram. İnsandan kənarda zaman yoxdu. İnsandan kənarda məkan yoxdu. Zaman da, məkan da insanla məzmun alır. “Çöl Qala” povestinin qəhrəmanları mövcud dünyadan kənarda, öz zaman və məkanlarında – üçüncü dünyada yaşayırlar. Üçüncü dünyada zaman da, məkan da fərqlidi, onu hər insan öz zövqünə görə özü yaradır.

İsveçli Azərbaycan insanından fərqlidimi? Bu fərqin qaynağı nədi? Bu suallar gələcək kitabın yazılmasına stimul verə bilər. Görək!

 

Dördüncü sual: “Niyə yaşamaq üçün İsveçi seçdin?”

 

Kitab festivalının bu paneli “Dəniz üzərindən köç” (“På flykt över havet”) adlanır. Miqrasiya bu gün dünyanın ən böyük problemlərindəndir. İsveç xalqı özünün “böyük köç” dövrünü yaşamış xalqdı. O ağır həyatı daha dərindən duymaq üçün 1971-ci ildə çəkilmiş “Miqrantlar” (“Utvandrarna”) adlı İsveç filminə baxmanızı tövsiyyə edərdim.

 

Heç bir normal insan vətəni sevinərək tərk etməz. Qəriblik daim nostalji ovqata köklənmiş ömür deməkdi. Onda dərin bir kədər var. Kimsə özünə kədərli həyat arzulamaz. Amma bəzən insan köçməyə məcbur olur. 150 il əvvəl Amerikaya köçən bir milyon isveçli kimi, bu gün müharibələrdən qaçıb İsveçə sığınanlar kimi.

 

İsveç uzaq şimalda yerləşir. Xəritədə baxsanız, görərsiniz ki, o yuxarıdadı, elə bil dağın zirvəsindədi. Uzaqdan, zirvədən ətraf aydın görünür. Mən İsveçdən öz ölkəmi də, onun adamlarını da, elə dünyanı da daha yaxşı görə, duya bilirəm.

***

 

Uzaqdan adam özünü də görə bilər. Hərdən özümü görürəm…

Xüsusən də, yad rus meşəsində doğma anasının məktublarını oxuyan oğlanı…

Vahid Qazi

İyun 2017

Trossö, İsveç

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Sona qədər Azərbaycanın yanındayıq” - Hulusi Akar 28 Oktyabr 2020, 12:54 Haqq savaşımızda ləyaqət nümunəsi - VİDEO 28 Oktyabr 2020, 12:48 Bakıda avtobus piyadanı vuraraq öldürdü 28 Oktyabr 2020, 12:42 Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq 28 Oktyabr 2020, 12:36 Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır 28 Oktyabr 2020, 12:30 Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR... 28 Oktyabr 2020, 12:28 Edinburq şəhərində Gəncə terroru pisləndi 28 Oktyabr 2020, 12:24 “Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu 28 Oktyabr 2020, 12:20 Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Düşmən böyük şəhərlərimizdə təxribat törədə bilər! 28 Oktyabr 2020, 12:14 İlham Əliyev “İnterfaks”a müsahibə verib 28 Oktyabr 2020, 12:08 Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnikanın VİDEO görüntüləri 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48