Modern.az

Göygöldə Heydər Əliyevin xatirəsinə həsr olunan çempionat keçirilib  

Göygöldə Heydər Əliyevin xatirəsinə həsr olunan çempionat keçirilib   

Aktual

10 İyul 2017, 10:47

İyulun 8-9-da Göygöl rayonunun Olimpiya İdman Kompleksində Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyası görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş XI Azərbaycan Birinciliyi və Çempionatı keçirib. Yarışda Respublikamızın müxtəlif bölgələrindən gəlmiş fərqli çəki və yaş dərəcələrinə malik idmançılar iştirak ediblər. Gərgin mübarizə şəraitində keçən yarışda qaliblər diplom və müvafiq medallarla təltif olunublar.

Çempionatın keçirilməsində əsas məqsəd Heydər Əliyevin gənclərə və idmançılara daim göstərdiyi diqqət və qayğını, ölkəmizin müstəqiliyi və tanıdılması istiqamətində gördüyü əvəzsiz işləri bir daha xatırlatmaq və bütün bunların gənclər arasında təbliğini həyata keçirmək, idmançıların üzərlərinə qoyduğu vəzifəni yerinə yetirməkdir.

Yarışın keçirilməsi haqqında danışan Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov deyib ki, Heydər Əliyev daim gənclərin sağlam böyüməsi, idmanla məşğul olmasını təmin edən işlər həyata keçirib. O, gənclərimizə ölkənin gələcəyi kimi baxıb.

“Bizim Federasiyamız da ümummilli liderin tapşırıqlarına daim əməl edərək öz üzərinə düşən vəzifələri yerinə yetirir. Belə yarışlar gənclərin daha sağlam, güclü, özünə inamlı və gələcəkdə Azərbaycanı bütün dünyada tanıtması üçün yaxşı zəmin hazırlayır. Eyni zamanda biz ölkəmiz üçün gələcəyin məğrur və fiziki hazırlıqlı əsgərlərini hazırlayırıq” – Ceyhun Əşrəfov deyib.

Ceyhun Əşrəfov sonda bildirib ki, Heydər Əliyevin ölkəmiz və xalqımız üçün gördüyü bu qədər saysız-hesabsız işlərin müqabilində biz daim onun xatirəsini əziz tutmağa borcluyuq. 


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir