Modern.az

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi

23 Oktyabr 2017, 21:13

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Varketili rayonunda keçirilmiş xüsusi əməliyyat barədə məlumat yayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı Gürcüstan vətəndaşı ilə yanaşı, 1984-cü il təvəllüdlü E.B. adlı Azərbaycan vətəndaşı da saxlanılıb.

 

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər 1986-cı il təvəllüdlü B.M. adlı şəxsə hədə-qorxu gələrək ondan 2 min dollar tələb ediblər. Onlar zərərçəkən şəxsdən pul alan zaman saxlanılıblar. 

 

Faktla bağlı hədə-qorxu ilə pul tələb etmə maddəsi üzrə istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər