Modern.az

Türkiyə, Rusiya və İran liderlərinin görüş vaxtı açıqlanıb  

Türkiyə, Rusiya və İran liderlərinin görüş vaxtı açıqlanıb   

7 Mart 2018, 12:17

Türkiyə, Rusiya və İranın liderləri Suriya məsələsini müzakirə etmək üçün bir araya gələcək.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin ev sahibliyi edəcəyi zirvə görüşü 4 aprel tarixində baş tutacaq. Suriya ilə yanaşı, ona yaxın region əraziləri də müzakirə ediləcək.

Zirvə görüşündən bir gün əvvəl Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 12-14 mart tarixlərində Moskva Beynəlxalq Səyahət və Turizm sərgisində iştirak etmək üçün Moskvaya gedəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir