Modern.az

Avropa liqasında gözlənilməz hesablar - "Milan" və "Barussiya" uduzdu

Avropa liqasında gözlənilməz hesablar -

Aktual

9 Mart 2018, 00:36

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Modern.az xəbər verir ki,  mərhələnin ən maraqla gözlənilən matçı İtaliyada olub.

Burada "Milan" London "Arsenal"ını qəbul edib. Uzun ilər Çempionlar Liqasında rəqib olan iki nəhəng klub bu dəfə Avroliqada üz-üzə gəlib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Atletiko" Madriddə Moskva "Lokomotiv"ni 2:0 hesabı ilə üstələyib. 

Dortmund "Borussiya"sı öz meydanında gözlənilmədən Avstriyanın "Zalsburq" klubuna məğlub olub - 1:2. 

 

"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə) 0:2
Qollar: 
Henrik, 15, Remzi, 45+4

"Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya) 3:0
Qollar: 
Niquez, 22, Kosta, 47, Koke, 90

"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya) 1:2
Qollar: 
Berişka, 49-pen (0:1); 56 (0:2), Şürle, 62 (1:2)

MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa) 0:1
Qol: 
Marselo, 68

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü