Modern.az

AXC parlamentinin baş tutmayan iclasları – Maraqlı səbəblər və müəmmalar

AXC parlamentinin baş tutmayan iclasları – Maraqlı səbəblər və müəmmalar

24 May 2018, 00:42

 

Azərbaycan Cümhuriyyətinin parlamenti kifayət qədər mütərəqqi bir qurum olub. İki ilə yaxın müddətdə keçirdiyi iclaslarda bir sıra vacib qərarlar verib. Lakin parlamentin tarixində 15 iclas baş tutmamış bitib. Buna səbəb isə iclasın keçirilməsi üçün yetərsayın olmaması idi. 

 

Modern.az-ın məlumatına görə, bir iclas olub ki, orada yetərsayın olmamasının özü belə müəmmalı qalıb. Parlamentə daxil olan sədr əvvəlcə deputat sayını iclas üçün uyğun bilməyib. Sayca 28-ci olacaq həmin 

iyirmi səkkizinci iclasda isə say çatışmazlığının səbəbini öyrənmək istədikdə maraqlıl cavabla qarşılaşır.

10 aprel 1919-cu il tarixində olan iclasın stenoqramı belədir:

 

“Rəis - Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacınski.  

Rəis - Məclis açılır, lakin kvorum olmadığına görə məclisi davam etdirə bilməyəcəyəm. Hərçəndi 41-dən artıq adam yazılıbdır, lakin burada yoxdurlar, bilmirəm haradadırlar. Mənə belə gəlir ki, bəlkə otaqlardadırlar. (Kyüstərə) Gedin bir baxın. (Kyüster gedib baxandan sonra qayıdır). 

Kyüster - Bir dəstə dayanıb söhbət edirdilər. 

(Səs-küy. Səslər: Məclisə ehtiramsızlıqdır, bağlayın). 

Rəis - Belə şey olmaz ki... 

 

Səslər - İclası qapayın, qapayın! Rəis - Kvorum olmadığına görə iclas qapanır”. 

 

 

Cümhuriyyət parlamenti tarixinin ən qısa iclası 1919-cu il 27 fevral tarixində baş tutan sayca 18-ci iclasıdır.

 

Bu iclas 20 dəqiqədən sonar təxirə salınıb. Cümhuriyyətin yeganə iclasıdır ki, burada heç bir qanun layihəsi nə müzakirəyə çıxarılıb, nə də qəbul edilib. Təbii ki, müzakirəyə çıxarılmayan qanun necə qəbul edilə bilərdi ki?!

 

İndi gələk səbəbə: yazılanlara görə, iclasın keçirilməsi üçün parlament üzvlərinin sayı kifayət olmayıb. Yetərsay olmadığından da iclas yarımçıq dayandırılıb və təxirə salınıb. Məlumdur ki, Cümhuriyyət parlamentinin kağızda 120, realda isə 96 üzvü olub. Amma o məlum deyil ki, parlament üzvlərinin neçəsi orada iştirak etmədiyi üçün iclas dayandırılıb. 

 

Amma bir maraqlı versiya da var: guya, parlamentin sədr əvəzi Həsən bəy Ağayev iclasa vaxtında gəlmir. Guya Həsən bəy gecikdiyindən iclas da 25 dəqiqə gec başlayıb. Yəni, səhər 11:00-da başlayası iclas, 11-35-də başlayıb. Məclis üzvlərinin bəzilərinin bəlkə, buna görə həmin gün parlamenti tərk etmələri və bu səbəbdən də iclasın keçirilməsi üçün yetərli sayın olmamsı da ehtimal oluna bilər. Hər halda, biz tarixi sənədə-real fakta baxaq. Cümhuriyyət parlamentinə aid stenoqramlarda həmin tarixə aid iclas barədində yazılır:

 

“Rəis - rəis müavini doktor Həsən bəy Ağayev. Katib - Əhməd Cövdət Pepinov. Azərbaycan Məclisi - Məbusanının qərarnaməsinə məbna iclaslar təyini saat 11-də və açılması isə saat 11-15 dəqiqədə olmağına baxmayaraq rəis iclası saat 11-35 dəqiqədə açdı. Kvorum olmadığından iclas qapanmış elan edildi. Arxiv, f. 895, siy. 1, iş. 6, v. 17”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?