Arxiv
26 May 2018, 16:12 | HADİSƏ
Qızqaçırma adam oğurluğudurmu? - POLEMİKA

Ötən gün  Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, deputat Siyavuş Novruzov evlənmək məqsədilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib.

 

MM-də keçirilən ictimai dinləmələrdə S.Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil:

“Bir var tamah məqsədilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik”.

 

Maraqlıdır, bu maddə qanunvericilikdən çıxarıla və ya dəyişdirilə bilərmi?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat  Çingiz Qənizadə Modern.az saytına açıqlamasında deyib ki, qız qaçırmaq cinayət qanunvericiliyində adam oğurluğu kimi tövsif olunub və ağır cinayət hesab edilir:

 

“Bu cinayətə görə məhkum olunan şəxslərə məhkəmələr tərəfindən daha ağır cəzalar təyin olunur. Bir hissədə adam oğurluğunun  pul, maddiyyat mənaları varsa, digərində isə başqa hərəkətlər nəzərdə tutulub. Bütün hallarda insan azadlıqdan qanunsuz olaraq məhrum edilir, yəni oğurlanaraq başqa yerdə saxlanılır. Bu baxımdan  qız qaçırmaq adam oğurluğu maddəsi ilə tövsif olunur  və biz bunu dəyişməmiksə, təkzib edə bilmərik”.

 

Ç.Qənizadə deyib ki, qız qaçırmaqla bağlı sanksiyaları dəyişmək mümkündür:

“Əgər  qız qaçırıldıqdan sonra onun kim tərəfindən qaçırılması və qıza qarşı  hər hansı qanuna zidd hərəkətlər edilməyibsə, müəyyən danışıqlar nəticəsində qızın da qaytarılması  mümkündürsə, o zaman tamah məqsədilə oğurlanmış adamlara görə cinayətkarlara verilən cəzanın həddi dəyişdirilməlidir.

Bu halda əvvəlkilər kimi 10-12 il həbsli cəza deyil, 4-5 il illə kifayətlənmənin tərəfdarıyam. Bu epizoda görə sanksiyanın dəyişdirilməsindən söhbət gedə bilər. Lakin bunu da kifayət qədər araşdırmaq lazımdır. Azərbaycanda qız qaçırma  vaxtilə milli adət halında olub, sonralar qanun bunu qadağan edib. Ona görə də araşdırılmalıdır ki, sanksiyanın azaldılması gələcəkdə bu halların çoxalmasına təsir ed’ bilər ya yox. edə bilər ya yox. Bunu da kortəbii etmək olmaz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00 Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək 10 İyul 2020, 00:44 Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi 10 İyul 2020, 00:32 Xalq artistinin oğlu vəfat etdi 10 İyul 2020, 00:14 Bakıda internet problemi yarandı 9 İyul 2020, 23:57