Modern.az

Elmar Vəliyevə SİLAHLI HÜCUMUN TƏFƏRRÜATI 

Elmar Vəliyevə SİLAHLI HÜCUMUN TƏFƏRRÜATI 

3 İyul 2018, 22:18

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub. Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan şəxs olduğu bildirilir.

 

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

 

22:03

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.

Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.

İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.

 

Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.

 

Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı