Arxiv
18 Sentyabr 2018, 10:19 | REPORTAJ
Xarici İşlər Nazirliyindəki “sehrli kreslo” - Bu kreslodan yüksələn MƏTBUAT KATİBLƏRİ - FOTOLAR  

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu vəzifədən azad edilərək, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinə müdir müavini təyin olunub. 

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri vəzifəsi Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra boş qalır. Bu baxımdan Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

Beləliklə də XİN-in mətbuat xidmətinin rəhbəri postu boşalıb və tezliklə bu vəzifədə yeni sima görə biləcəyik.

Yeri gəlmişkən, Xarici İşlər Nazirliyi mətbuat xidmətinə indiyədək rəhbərlik etmiş şəxslər media ilə ilə ən yaxşı münasibətlər qura bilmiş mətbuat katibləri olub.

Hikmət Hacıyev və ondan əvvəl XİN-in mətbuat katibi vəzifəsində işləyənlər mediaya münasibətdə digər qurumların sözçülərindən həmişə yaxşı mənada fərqləniblər.

Hələ Hikmət Hacıyevin təyinatından öncə bəziləri zarafatla Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin əyləşdiyi kreslonu "sehrli kreslo" adlandırırdı.

Bu, onunla əlaqələndirilir ki, indiyədək XİN mətbuat xidmətinin rəhbəri postunu tutanların hamısı bir müddət işləyəndən sonra daha yüksək vəzifəyə yüksəliblər.

Gəlin keçmişə nəzər salaq.


2000-ci illərin əvvələrində XİN-in mətbuat əlaqələndiricisi olan Mətin Mirzə KİV-lə uğurlu əlaqlər yarada bilən şəxs kimi yaddaşlarda qalıb. O zaman jurnalist təşkilatlarının keçirdiyi sorğular nəticəsində XİN bir neçə dəfə "KİV-lə açıq nazirlik" nominasiyasında qalib də olub. M.Mirzə 2006-cı ildə mətbuat xidmətindən gedəndən sonra XİN-də digər vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir işləyib. 2011-ci ildə görəvini başa vurub Vətənə qayıtdıqdan sonra bir müddət Xarici İşlər Nazirliyinin müvafiq idarəsində fəaliyyətini davam etdirib.
2013-cü ilin sentyabrında isə Mətin Mirzə Azərbaycanın Çindəki səfirliyinə müşavir vəzifəsinə göndərilib. O, 2018-ci ilədək Çindəki səfirliyimizdə çalışıb.


Daha sonra XİN-in mətbuat xidmətinə bir müddət Tahir Tağızadə rəhbərlik edib. O, 2007-ci ildə mətbuat xidmətinin rəhbəri postundan Azərbaycanın Çexiyadakı səfir vəzifəsinə təyinat alıb, 2014-cü ildə isə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


2007-ci ildən XİN-in mətbuat xidmətinə rəhbərlik etməyə başlayan Xəzər İbrahim isə 2009-cu ildə Azərbaycanın ABŞ-dakı səfirliyinə müşavir vəzifəsinə göndərilib, ardınca isə 16.08.2011-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib. Daha sonra Xəzər İbrahim 5 oktyabr 2017-ci ildə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə  aparılıb.



2009-ci ildən XİN mətbuat xidmətinin rəhbəri postuna gətirilən Elxan Poluxov da sonradan səfir vəzifəsinə yüksəlib. Belə ki, iki il sonra – 15.03.2011-ci il tarixində ölkə prezidentinin sərəncamı ilə Elxan Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilərək, o, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
2016-cı ilin dekabrında Elxan Poluxov Azərbaycan Respublikasındakı Braziliyadakı diplomatik missiyasına rəhbər təyin edilib. O, hazırda həm də Azərbaycan səfiri kimi Qayana, Surinam, Ekvador və Trinidad və Tobaqoda akkreditə olunub.


2011-ci ilən 2014-cü ilin sentyabrnadək Xarici İşlər Nazirliyinin mətbuat katibi postuna Elman Abdullayev rəhbərlik edib. O da bu vəzifədə 3 illik fəalliyyətdən sonra səfir göndərildi. Belə ki, 18 sentyabr 2014-cü il tarixində Elman Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. E.Abdullayev hazırda da həmin postda işləyir.


Hikmət Hacıyevin
XİN-in mətbuat katibi postunda çalışma müddəti təxminən 4 il sürdü (sentyabr 2014-sentyabr 2018).

Media indi XİN-in yeni mətbuat katibinin kim olacağını maraqla gözləyir...


A.Qorxmaz 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25