2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli (tapşırıqların sayı) açıqlanıb.
Yeni qaydalara görə, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.
V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.
Maraqlıdır, əvvəlki illərin məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanları hansı qaydada aparılacaq? Onlar yenidən buraxılış imtahanı verəcəklərmi?
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında yaranan suallara aydınlıq gətirib.
Qurum rəsmisi bildirib ki, əvvəlki illərin məzunları da yeni qaydalarla imtahan verəcəklər.
“Cari ilin məzunları necə imtahan verəcəksə, əvvəlki illərin də məzunları bu qaydalara əsasən imtahan verəcəklər. Bildiyimiz kimi, cari ilin yəni, bu ilin məzunları buraxılış imtahanı verdikdən sonra qəbul imtahanında iştirak edəcəklər. Bu iki imtahanın nəticələri toplanaraq əldə etdikləri ballara uyğun olaraq müsabiqədə iştirak edəcəklər”.
Xanlar Xanlarzadə qeyd edib ki, əvvəlki illərin məzunlarına buraxılış imtahanı qaydasında imtahan keçiriləcək.
“Onlar da tədris dili (Azərbaycan dili, rus dili), riyaziyyat və xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) fənlərindən imtahan verəcəklər. Daha sonra isə qəbul imtahanlarında iştirak edəcəklər. Nəticədə onlar hər iki imtahandan topladıqları bal əsasında müsabiqədə iştirak edə biləcəklər”.
Qeyd edək ki, DİM və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli aşağıdakı kimidir:
Buraxılış imtahanı (9 illik təhsil bazasında)
I mərhələ (imtahan müddəti - 3 saat)
Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 30 | 2 mətn (bədii, publisistik) hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı ). Cəmi: 20 tapşırıq |
2. | Riyaziyyat | 30 | 10 açıq tapşırıq (həllin yazılması tələb olunan) Cəmi:10 tapşırıq |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus,ərəb, fars dilləri) | 30 | 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq ); 2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq ). Cəmi:15 tapşırıq |
II mərhələ (imtahan müddəti - 2 saat 15 dəqiqə)
Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 70 | 30 qapalı |
2. | Riyaziyyat | 70 | 30 qapalı |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) | 70 | 30 qapalı |
Buraxılış imtahanı (11 illik təhsil bazasında)
İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)
Fənnin adı | Maksimal bal | Tapşırıqların sayı | |
1. | Tədris dili (Azərbaycan dili, rus dili) | 100 | Oxuyub anlamaya dair 2 mətn (bədii, publisistik), hər mətnə aid 10 tapşırıq ( 5 yazı tələb olunan açıq + 5 qapalı ) və dil qaydalarına dair 10 qapalı tapşırıq. Cəmi: 30 tapşırıq |
2. | Riyaziyyat | 100 | həllinin yazılması tələb olunan 7 açıq tapşırıq+ ənənəvi formada olan 5 açıq tapşırıq+13 qapalı tapşırıq. Cəmi: 25 tapşırıq |
3. | Xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) | 100 | 1.Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq); 2.Oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq) ; 3.Dil qaydalarına dair 16 qapalı tapşırıq. Cəmi:30 tapşırıq |
Maksimal bal: 300
Qəbul imtahanı (imtahan müddəti 3 saat)
I qrup | II qrup | III qrup | IV qrup |
Riyaziyyat - 30 tapşırıq (22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq). Çəki əmsalı: 1,5 | Riyaziyyat - 30 tapşırıq (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq). Çəki əmsalı: 1,5 | Azərbaycan (rus) dili - 30 tapşırıq (22-qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq). Çəki əmsalı: 1,5 | Biologiya - 30 tapşırıq (22 qapalı +5 açıq +situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq). Çəki əmsalı: 1,5 |
Fizika - 30 tapşırıq (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1,5 | Coğrafiya - 30 tapşırıq (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1,5 | Tarix-30 tapşırıq (22-qapalı+5 açıq + mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1,5 | Kimya - 30 tapşırıq (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1,5 |
Kimya - 30 tapşırıq (22 qapalı + 5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1 | Tarix - 30 tapşırıq (22 qapalı+5 açıq +mənbə əsasında yazılması tələb olunan 3 tapşırıq). Çəki əmsalı: 1 | Ədəbiyyat - 30 tapşırıq (22 qapalı+5 açıq + mətn əsasında yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1 | Fizika - 30 tapşırıq (22 qapalı+5 açıq + situasiya əsasında həllinin yazılması tələb olunan 3 tapşırıq) Çəki əmsalı: 1 |
Maksimal bal: 400