Arxiv
20 Dekabr 2018, 08:58 | ƏDƏBİYYAT
Dil və ədəbiyyat dərslərinin tədrisi  məsələləri - II YAZI  

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


 Vaxtilə uşaqların dil və ədəbiyyat zövqünün formalaşmasında “Keçi”, ”Xoruz”, ”Dovşan” və s. şeirlərin rolu əvəzsiz olmuşdur. İndi elektron resurslarında bu qəbildən olan materialların olmasına ehtiyac böyükdür. Təbiətə, ataya, anaya, heyvanlara, vətənə və s-yə sevgi hisslərini yaradan ədəbi-bədii materialların (təbii ki, uşaqların yaş səviyyəsinə uyğun olmaqla) elektron resurslarında özünə yer alması uşaqlarda dil və ədəbiyyat zövqünün formalaşmasına yardımçı vasitələrdən biridir. Məhz belə yardımçı vasitələrdən istifadə etmək üçün mütəxəssislərin uşaqların yaş səviyyəsinə uyğun ədəbi-bədii materiallar hazırlamalarına bir zərurət vardır.

Heç şübhəsiz ki, elektron resursları üçün belə materialların hazırlanması həm elektron resurslarının faydalı bir mənbə olduğunu təsdiqləyəcək, həm də onların öyrətmə imkanlarının geniş olduğunu göstərəcəkdir. Bundan basqa, elektron resursları dil və ədəbiyyatı öyrədən bir müəllim funksiyasını daşıyacaqdır. İndi elə bir dövrdə yaşayırıq ki, uşaqlar təkcə müəllimdən, kitabdan yox, həm də digər resurslardan öyrənməlidirlər. Bu mənada digər resursların imkanlarını uşaqların tələbatını ödəyən bir səviyyəyə gətirməliyik.

Deməli, müasir dünyada müəllimlə yanaşı, kitablar, digər qaynaqlar, o cümlədən elektron resursları öyrətmə imkanlarına malikdir. Öyrətmə imkanı olan hər bir mənbə öyrənənlər tərəfindən, o cümlədən uşaqlar tərəfindən nüfuza çevrilir. Həm də müasir dünyada müəllim də, kitab da, digər resurslar da öyrənmə mənbələri olmaqla, daha çox öyrənmənin yollarını aşılayır. Öyrənmənin yolları nə qədər çox olarsa, bu, öyrətmək prosesini asanlaşdıra bilər. Odur ki, müəllim, kitab, elektron resursları öyrənməyin yollarını aşılayan vasitələrdir. Bu vasitələrin, xüsusilə müəllimin funksiyası indi tamamilə dəyişibdir. Belə ki, müəllim bilikdən daha çox həmin biliyi əldə etməyin yollarını aşılayan tərəfdir.

Əvvəllər müəllim bilik öyrədən tərəf idi, indi isə biliyi əldə etməyin yollarını göstərən tərəfdir. Müəllim biliyi öyrədən tərəf  kimi çıxış edəndə (yəni əvvəlki dövrlərdə) ona daha müqəddəs yanaşılır, ona görəsən “müəllim çörək yeyirmi, su içirmi, yatırmı” fikri ilə yanaşılırdı. Belə olan dövrdə müəllimin işi rahat, özü isə müqəddəs tərəf  kimi qəbul edilirdi. Həmin dövrdə resursların azlığı (mənbələrin, qaynaqların, kitabların və s.) da müəllimin sözünə, fikrinə hörmətlə yanaşmaq işini əsaslandırırdı. İndi biliyi və onu öyrətmənin yolları, vasitələri (mənbələr, qaynaqlar, kitablar, müxtəlif  resurslar və s.) o qədər zəngindir ki, müəllimin fikrinə, mövqeyinə əvvəlki kimi müqəddəs yanasmanın faizi azalıbdır. Ona görə də müasir müəllimin funksiyası daha ağır və çətindir.

Müasir müəllim öhdəsinə düşən vəzifəni yerinə yetirmək üçün minbir yollardan, vasitələrdən, metodlardan istifadə etməyi bacarmalıdır. Əgər müəllim bunu bacararsa, onda onun nüfuzu digər resurslardan, təbii ki, üstün olacaqdır. Bacarmazsa, müəllim nüfuzu digər resursların kölgəsində qalacaqdır. Bu mənada dil və ədəbiyyat müəllimlərinin öhdəsinə düşən vəzifələr daha böyükdür. Dil və ədəbiyyat müəllimləri elə bir işlə məşğul olurlar ki, bu iş olmadan milli təməlin bünövrəsini qurmaq mümkün deyildir. Milli təməli möhkəm olmayan uşaqlar bünövrəsi möhkəm olmayan divarlar kimidir. Milli təməli möhkəm etmək üçün dil, ədəbiyyat müəllimləri gecə-gündüz çalışmalı, yeni yollar və vasitələr aramalı, dili və ədəbiyyatı sevdirməyin bütün imkanlarını üzə çıxarmalıdırlar.

Müəllimin, konkret olaraq dil və ədəbiyyat müəlliminin nüfuzu bütün resurslardan üstün olmalıdır. Belə olarsa, müəllimin konkret olaraq dil və ədəbiyyat müəlliminin əvvəlki nüfuzundan danışmaq olar. Həmin nüfuzdan danışarkən türk ədəbiyyat tarixçisi, böyük fikir adamı Nihat Sami Banarlının bir müəllim dostunun dediklərini xatırlamaq yerinə düşər. Onun hörmətli müəllim dostunun dedikləri belədir: “Gəncliyimdə filan şəhərdə müəllimlik edirdim, ancaq küçəyə çıxmağa utanırdım. Çünki şəhər xalqı xocam deyə keçdiyim hər yerdə məni ayağa qalxaraq salamlardı. Böyüklərin bu hörmət dolu salamları əsasən çox “tərbiyəli” olan uşaqların və gənclərin üzərində dərin təsir buraxır; kiçik, böyük, hər kəsdən gördüyüm sayğı məni xocalığın sevgisi, şövqü və qüruruyla doldururdu”. Nihat Sami Banarlı böyük Türk tərbiyəsindən danışır, yalnız Allahın hüzurunda ayağa qalxılan yer olan məsciddən və Fateh Sultan Mehmedin xocaları gələn zaman insanların ayağa qalxaraq onları salamlamasından bəhs edir.

Bununla belə, xocalara (müəllimlərə) hörmətin indi azaldığını, tələbələrdə və hər bir kəsdə onlara  sayğı və sevgi duyğularının azaldığını da etiraf edir. Müxtəlif siyasi, ideoloji dünyagörüşü olan müəllimlərin,  xüsusilə dil və ədəbiyyat müəllimlərinin məhrumiyyətləri daha çoxdur. Məsələn sovetlər dövründə mövcud olan ictimai-siyasi və ideoloji münasibət ədəbi-bədii əsərlərə münasibətdə də dərin kök saldı. Bu zaman ədəbi-bədii əsərlərin ideoloji və siyasiləşmiş təhlilləri əsl ədəbiyyatı usaqlara, gənclərə, geniş mənada oxucu kütləsinə anlada bilmədi. Hətta “ Kitabi Dədə Qorqud” dastanına, Məhəmməd Füzuliyə, Şah İsmayıl Xətaiyə və son dövrlərdə Səməd Vurğuna, Süleyman Rüstəmə, Rəsul Rzaya və digərlərinə olan hücumlar siyasi-ideoloji yanaşmadan qaynaqlandı.

Əsl ədəbiyyat, bədii material, sənətkarlıq unuduldu. Belə olduğundan uşaqların dil və ədəbiyyat barədə bilgiləri düzgün olmadı. Dil və ədəbiyyat zövqü düzgün olmayan nəsil yetişdi. Dil və ədəbiyyatı nəyin bahasına olursa-olsun siyasi müstəviyə yönəltmək dəb halını aldı. Axı dil və ədəbiyyat zövqünün siyasətə heç bir dəxli yoxdur. Siyasətdən uzaq, siyasətdən kənar əsl sənət əsəri təmiz bir zövqü (dil və ədəbiyyat zövqünü) formalaşdıra bilər.


Ardı var

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada G7 sammiti başlayır 24 Avqust 2019, 10:59 Azərbaycanın idxaldan ən asılı olduğu sahə... – Ekspert rəsmi statistikaya inanmır: “Şişirdilib” 24 Avqust 2019, 10:56 “Azəriqaz” istirahət günləri də çalışacaq 24 Avqust 2019, 10:51 Gürcüstanda azərbaycanlı tələbə suda boğulub 24 Avqust 2019, 10:47 Şəkidə baş verən yanğın da söndürül 24 Avqust 2019, 10:38 Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi 24 Avqust 2019, 10:23 Hirkan Milli Parkında yanğın tam söndürülüb 24 Avqust 2019, 10:04 Planetin ağciyər XƏRÇƏNGİ – Həyəcan təbili çalmağın vaxtıdır 24 Avqust 2019, 09:55 Ermənilər cəbhədə snayperləri işə saldı 24 Avqust 2019, 09:40 İstirahət günləri hava necə olacaq? - PROQNOZ 24 Avqust 2019, 09:24 Xəzər dənizində zəlzələ olub 24 Avqust 2019, 09:06 Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu 24 Avqust 2019, 08:55 Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20