Arxiv
24 Dekabr 2018, 08:39 | REPORTAJ
Bir şəklin tarixçəsi - İlham Əliyevin 14 il əvvəl manşetlərə çıxan maraqlı AÇIQLAMASI  

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasındakı növbəti təqdimatı bu gün 57 yaşını qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevlə bağlıdır... İlham Əliyevin ilk dəfə prezident seçildiyi illər... Və jurnalistlərə maraqlı açıqlamalarından biri...

Zaman - 2004-cü il sentyabrın 2-si... Məkan - Naxçıvan Muxtar Respublikası...

İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk 1 ilinin tamam olmasına 1 ay qalır... 

Şəkli Modern.az-a o vaxt Prezident Administrasiyasında akreditə olunmuş və bölgələrə səfərlərdə ölkə başçısını müşayiət etmiş tanınmış jurnalist İlhamə Qasımlı şərh edib.


- O vaxt “525-ci qəzet”də işləməklə yanaşı, BBC və “Trend”lə də əməkdaşlıq edirdim. Prezidenti Naxçıvan səfərində müşayiət edən jurnalist qrupunda mən də vardım. Sentyabr ayı olmasına baxmayaraq, hava çox bərk istiydi və mən başıma kepka taxıb gəzirdim.

Prezident Naxçıvan Olimpiya Mərkəzinin açılışında iştirak etdi, müəyyən fikirlər söylədi və mən telefonla bu haqda təcili xəbər ötürməkçün bir kənara çəkildim. 2 dəqiqə olardı ki, telefonla danışırdım, bir də gördüm ölkə başçısı jurnalistlərə müsahibə verməyə başlayıb.

Telefonu tələsik söndürüb ora qaçdım. Ölkə başçısının ətrafı tutulduğundan, ona çox da yaxınlaşa bilmədim. Bu zaman Prezidentin mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubov mənim durmağa yer tapmadığımı görüb kənara çəkildi və öz yerini mənə verdi. Nəticədə hamıdan sonra gəlməyimə baxmayaraq, mən Prezidentə ən yaxın məsafədə dayanmaq imkanı qazandım. Və fürsətdən istifadə edib dərhal da öz sualımı verdim. 

Bu proses o qədər sürətlə baş verdi ki, kepkanı cıxarmağı nəinki unutdum, hətta başımda kepka olduğu yadıma da düşmədi.


Yadımdadır ki, bu müsahibə zamanı prezidentə o vaxt səfir vəzifəsinə təyinat almış eks-xarici işlər naziri Həsən Həsənov və Milli Məclisin sabiq vitse-spikeri Tamerlan Qarayevlə bağlı sual vermişdim. Soruşmuşdum ki, diplomatik vəzifəyə siyasi təyinat cəmiyyətə hansı mesajı verir…

Mənim sualıma Prezident çox maraqlı cavab vermişdi – Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsini aradan götürmək istədiyini demişdi, milli barışığın gücləndirilməsindən bəhs etmişdi. Prezidentin məhz bu sözləri o vaxtkı mətbuatın manşetlərinə çıxarılmışdı.

Sual-cavab konkret olaraq aşağıdakı kimi idi:



SUAL: - Cənab Prezident, bu günlərdə Siz dörd ölkəyə səfir təyin olunması ilə əlaqədar qərar qəbul etdiniz. Diplomatik vəzifəyə siyasi təyinat cəmiyyətə hansı mesajı verir? Bu barədə nə deyə bilərsiniz?

CAVAB: - Bu mənim səlahiyyətimdir və bilirsiniz ki, Prezident kimi bir neçə ölkədə səfirliklərin açılması ilə bağlı qərar qəbul etmişəm. Hesab edirəm ki, bu vacib qərardır, Azərbaycan dünyada daha fəal olmalı, öz mövqeyini müdafiə etməlidir. Bizim xaricdə nümayəndəliklərimizin sayı azdır, buna görə də 10-dan çox yeni səfirliyin açılması nəzərdə tutulmuşdur. O ki qaldı Həsən Həsənovun və Tamerlan Qarayevin səfir təyin edilməsinə, onların hər ikisi diplomatik fəaliyyətdə olublar. Həsən Həsənov uzun illər Azərbaycanın BMT-dəki nümayəndəsi olub, xarici işlər naziri vəzifəsində çalışıbdır. Onun böyük diplomatik təcrübəsi var və mən hesab edirəm ki, hər bir təcrübədən istifadə etmək lazımdır. Eyni zamanda, Tamerlan Qarayev də uzun illər Çində səfir işləyib və Azərbaycanı ləyaqətlə təmsil edibdir.
Mən seçkilərdən əvvəl və sonra demişdim ki, hər bir vətəndaş mənim üçün əzizdir. Mən keçmişlə bu günün arasında görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvlər olub, Azərbaycan vətəndaş müharibəsi həddində olubdur. Mən cinayət törətmiş şəxsləri də azad etmişəm. Ona görə yox ki, hesab edirəm onlar siyasi məhbusdur. Yox, mən öz fikrimdə qalıram və Avropa Şurasının nümayəndələrinə də demişdim ki, əfv etdiyim insanların bəziləri siyasi məhbus deyillər. Mən Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsinin aradan götürülməsini istəyirəm.
Bizim qarşımızda yeni vəzifələr durur, ölkəmizi inkişaf etdirməliyik, insanlarımızı səfərbər etməliyik. Biz milli barışığa nail olmuşuq və gərək bunu gücləndirək. Ona görə bu mənim təklifimdir ki, keçmiş ədavət və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir. Əgər qarşı tərəf bunu eşidirsə, mən şadam, əgər eşitmirsə, günah qarşı tərəfdədir.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18