Arxiv
28 Dekabr 2018, 16:43 | DİASPOR
Milli Məclis, Xarici İşlər Nazirliyi və Diaspor Komitəsi - Xaricdə ən böyük uğur platforması

Bəzən bir neçə günlük xaricdə səfərdə olanda Vətən həsrətini daha dərindən duyursan. İnsanı qəribə darıxmaq hissi bürüyür. Bu mənada xaricdə yaşayan soydaşlarımız Vətən həsrətini daha dərindən yaşayır.          

Demək ki,  xaricdəki həmvətənlərimizin hər vaxt  birgə addımlaması çox önəmlidir. Nə yazıqlar ki, uzun illər diaspor təşkilatlarımız bir çox hallarda pərakəndə formada  fəaliyyət göstərib. Biri-birlərinin işinə dırnaqarası yanaşıblar. Üstəlik bir çox ölkələrdə diplomatik nümayəndəliklərimizlə diaspor təşkilatlarımız arasında gərginlik yaşanıb. Hətta mətbuat səhifələrində biri-birinin ünvanına heç də xoş olmayan iddialarla yadda qalıblar.

Amma heç olmasa xalqımız, dövlətimiz, milli maraqlarımız naminə bu kimi halların aradan qalxması çox vacibdir. Nə yaxşı ki, indi qeyd edilən neqativlər barədə söhbət düşəndə keçmiş zamanda  danışırıq.

Diasporla İş üzrə Dövlət Komitəsində son struktur islahatlarından sonra demək olar ki, təşkilatlararası gərginlikdən tutmuş səfirliklərlə olan soyuqluğa qədər bir çox problemlər aradan qaldırıldı.

Görünən odur ki, ölkəmiz naminə artıq Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Milli Məclisin parlammentlərarası əlaqələr üzrə işçi qrupları birgə yola çıxıblar.



Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov düşünür ki, elə bu cür də davam etmək lazımdır:


“Soydaşlarımızın koordinasiya olunması çox önəmlidir. Bu istiqamətdə səylərimizi davam etdirməliyik. Çünki elə təşkilatlar var ki, hansısa qüvvələrin təsiri altındadır. Hər halda, konfliktləri də kimsə arzulamır. Soydaşlarımızın koordinasiya olunmasının müsbət tərəfləri var. Bu zaman təşkilatlar koordinasiya olunmuş formada təşkilatlansalar, onların eyni rəhbərə yönəlməsini görsələr, komitə ilə bir mövqedən çıxış etməyin vacibliyini dərk edəcəklər. Zaman-zaman komitə və təşkilatlar ayrı-ayrı mövqedə olublar. Bunun da müsbət tərəfləri yoxdur. Çünki soydaşlarımız bərabər addımlamağı öyrənməlidir. Artıq bir çox ölkələrdə Koordinasiya şuralarına rast gəlmək mümkündür.  Ona görə də Diaspor Komitəsinin, Xarici İşlər Nazirliyinin və Milli Məclisin beynəlxalq fəaliyyətinin bir araya gəlməsi çox sevindiricidir. Təsəvvür edin: soydaşlarımızın qeydinə 3 qurum birdən qalacaq. Bu işə könüllü şəkildə başlanılıb. Belə də davam etmək lazımdır”.


Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Vüqar Məmmədov deyir ki, əvvəllər diaspor təşkilatları nəinki səfirliklərlə, heç bir-biri ilə yola getmirdi, hətta birgə tədbir keçirmirdilər:

“Bəzən olub ki, niyyət yaxşı olsa da, eyni şəhərin müxtəlif yerlərində Novruz  bayramı, yaxud da Xocalı soyqırımı tədbiri təşkil olunub. Bu da diaspor təşkilatlarının arasında əlaqələrin olmadığını göstərirdi. 2018-ci ilin əvvəlində Dövlət Komitəsində dəyişiklikdən sonra məsələlər fərqli formada inkişaf etməyə başladı. Bütün diaspor təşkilatları bir araya gətirildi. Üstəlik təkcə diaspor fəaliyyəti ilə məşğul olanları deyil, xaricdə oxuyan tələbədən tutmuş orada yaşayan yaşlı insanlara qədər bütün azərbaycanlılar  bir araya gətirildi. Xüsusilə, bir çox xarici ölkələrdə yaradılan Koordinasiya şuraları da birləşmədə böyük rol oynadı.

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları da bu məsələdə aktivdir. Çünki azərbaycanlılar yaşadıqları ölkələrin siyasi proseslərində də yaxından iştirak edirlər. Ona görə də Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Milli Məclisin işçi qrupları birgə addımlamağa başlayıb. Artıq XİN və Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib. Bu istiqamətdə digər əlaqələndirmə tədbirlərinin həyata keçirilməsi də gündəlikdə duran məsələlərdəndir. Azərbaycanın həqiqətlərinin təbliği, mədəniyyətinin  tanıdılmasında hər bir qurumun öz  rolu var: XİN icra orqanını təmsil edir, , Diasporla İş üzrə Dövlət Komitəsi birbaşa azərbaycanlılarla işləyir, Milli Məclis isə həmin ölkələrin siyasətçiləri ilə çalışır. Ona görə də üçlüyün birgə ideyasını alqışlayıram. Bilirik ki, “güc birlikdədir”. 3 qurumun birgə fəaliyyəti soydaşlarımızın inkişafına daha yaxşı xidmət edəcək.

Bizim işimiz ölkə rəhbərliyinin qarşıya qoyduğu siyasəti həyata keçirməkdir və buna borcluyuq”.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat  Sevinc Fətəliyeva da hər üç qurumun birgə fəaliyyətinin müsbət cəhətlərindən danışıb:


“Hər bir məsələdə olduğu kimi, bu işdə də birlik olsa, böyük nailiyyətlər əldə etmək mümkündür. Sadəcə, hər bir təşkilat müəyyən istiqamətdə fəaliyyət göstərir. Parlament səviyyəsində işçi qrupları  digər ölkələrin parlamentariləri ilə sıx əməkdaşlıq edərək, dövlətimizin maraqlarını dünyaya  çatdırır. Düşünürəm ki, bu formada xeyli işlər görülür. Bu istiqamətdə parlamentin fəaliyyəti çox yüksək qiymətləndirilməlidir. Məsələn, bu il parlamentin 100 illiyinin keçirilməsini cənab Prezident İlham Əliyev xüsusi qeyd etdi. Yubiley tədbirində dünyanın müxtəlif parlamentlərindən təşrif  buyuran dostlarımız, işçi qruplarının rəhbərləri, üzvləri Azərbaycana gələrək, böyük tarixi bayramda iştirak etdilər. Bu da  işçi qruplarının birgə fəaliyyətinin uğurlu olmasının bariz nümunəsidir. Diaspor təşkilatlarının fəaliyyətinə gəldikdə isə hansı ölkədə yaşamasından asılı olmayaraq,  hər bir azərbaycanlının ürəyi Azərbaycanla döyünməlidir. Təbii ki, xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyətinin əsas istiqaməti dövlətini, vətənini təbliğ etməkdir. Əsas da, Azərbaycanı narahat edən, xüsusilə, Dağlıq Qarabağ məsələsini dünyaya çatdırmaqdır. Düşünürəm ki, bu istiqamətdə dövlət tərəfindən ciddi iş aparılır. Burada mütləq Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək lazımdır. “Xocalıya ədalət” kampaniyası bütün dünyada səs salıb. Bu layihədə, bu işdə  hər bir azərbaycanlının fəaliyyəti çox önəmlidir. Çünki bir milyondan artıq məcburi köçkünümüz var ki, onların işğal zamanı hansı dəhşətlərlə üz-üzə qaldığından bütün dünya agah olmalıdır. Xaricdə müxtəlif təşkilatlar mövcuddur. Onların arasında ən əsası sağlam rəqabətin olmasıdır. Rəqabət sağlam aparılanda və uğurlu nəticələr verəndə faydalıdır. Nə qədər faydalı fəaliyyətlə məşğul olarıqsa, bunun dövlətimiz üçün nəticəsi də uğurlu olar. Ən əsası birgə fəaliyyətimizi gücləndirməliyik. Bu zaman daha böyük uğurlarımızın olacağı qaçılmazdır”.


Belçika-Hollandiya Koordinasiya Şurasının əlaqələndiricisi, EuroAzNL cəmiyyətinin sədri  Emil Əliyev də 3 qurumun birgə fəaliyyətindən çox şeylər gözlədiyini bildirib:

“Diaspor Komitəsindəki son dəyişiklikdən sonra xeyli irəliləyiş nəzərə çarpır. Artıq Diaspor Komitəsinin müasir saytı, TV-si, radiosu  yaradılıb, yeni ideyalar dəstəklənir, diaspor fəalları və təşkilat rəhbərlərinə əməkdaşlıq təklif olunur. Hər bir diaspor fəalının fikirləri, layihələri nəzərə alınır. Koordinasiya şuralarının da fəaliyyəti müsbətdir. Düşünürəm ki, səfirliklərimizlə diaspor fəallarının birgə addımlaması çox yaxşı nəticələr verəcək. Əvvəllər təşkilat rəhbərləri ilə səfirlik arasında müəyyən boşluq vardı. Son təyinatdan sonra bu boşluq da yavaş-yavaş aradan qalxmağa başlayıb. Çünki xaricdə yaşayan azərbaycanlıların birləşməsi çox önəmlidir. Bu işə  Milli Məclisin parlamentlərarası işçi qruplarının da qoşulması uğurlu hadisədir. Çünki 3 qurum birgə formada xaricdə yaşayan azərbaycanlılara xidmət göstərəcək. Hər halda, uğurlu nəticələr gözləyirik”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55