Modern.az

Kaşıkçının qətlinə görə 5 nəfər edam oluna bilər  

Kaşıkçının qətlinə görə 5 nəfər edam oluna bilər   

3 Yanvar 2019, 15:19

Səudiyyə Ərəbistanı prokurorluğundan öldürüldüyü bildirilən jurnalist Camal Kaşıkçı cinayəti ilə əlaqədar önəmli açıqlamalar verilib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluğun şərhinə görə, C.Kaşıkçı cinayəti ilə əlaqədar 11 nəfərin mühakiməsinə artıq başlanıb. Səudiyyə prokurorluğu cinayətə qarışan 5 nəfərin Camal Kaşıkçı cinayətinə görə edam edilməsini tələb edəcək. Edam hökmünə cəlb ediləcək 5 şəxsin adı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı prokurorluğu keçən ilin noyabr ayında jurnalist Camal Kaşıkçı haqqında bəyanat yayıb. Baş prokurorun sözçüsünün açıqlamasına görə, cinayətlə əlaqədar 21 nəfərin istintaqı aparılmış, 11 nəfərin qətli törətməkdə təqsirləndirildiyi aydın olmuşdur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı