Arxiv
20 Yanvar 2019, 09:38 | DİASPOR
ABŞ-da Azərbaycanı tanıdan işgüzar xanım...

Deyir ki, ailə qurub Amerikaya gələndə, atası çox narahat idi: “Mənə bərk-bərk tapşırdı ki, milli kimliyimi, bu xalqın bir parçası olduğumu heç vaxt unutmayım. Və həm də getdiyim yerdə balaca bir Azərbaycan olum"…

Atası Xanlar Bayramov tədqiqatçı jurnalist, publisist olub. Uzun illər AzTV-də çalışıb. Bir sıra - "Cümhuriyyət generalları", "Rəfibəylilər", "Gəncə üsyanı" sənədli filmlərin ssenarisini yazıb, ərsəyə gətirib...

Ömür-gün yoldaşı İmran Cavadov 1971-ci ildə Bakıda doğulub. 1988-ci ildə 138 nömrəli orta məktəbi bitirib. 1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnistitutunda ali təhsil alaraq, "İstehsalatın idarə olunması üzrə menecer" ixtisasına yiyələnib. Bir müddət bizneslə məşğul olub. 1998-ci ildən Amerikada yaşayır. 2002-ci ildə Lalə xanımla ailə qurublar. Elmar adında oğulları, Elmira adında qızları var…

Haqqında söbət açdığım Lalə Bayramova (Cavadova) sözün əsl mənasında çox möhtəşəm xanımdır. Öz haqqında danışmağı sevməsə də, çətinliklə olsa da müəyyən məlumatları götürə bildim…

2002-ci ildə ailə qurub Amerikaya gələnədək Maliyə-kredit kollecini bitirib. Bir müddət Baş Dəmiryol İdarəsinin kadrlar şöbəsində çalışıb. Hazırda Kaliforniya ştatının San Dieqo şəhərində yaşayır…

Həyat yoldaşı ilə birlikdə restoran biznesi ilə məşğuldurlar. San Dieqoda iki restoranları var. Hər ikisinin də adı "Cafe 21" adlanır. Həmin restoranlarda 100-ə yaxın insan çalışır. Bəli, onun bütün fəaliyyəti bu restoranlarla bağlıdır. Şəhərdə ən yaxşı restoranlar olduğu üçün adı tez-tez qəzetlərin səhifələrinə çıxır, Lalə xanımın haqqında gözəl sözlər yazılır. "Reader", "Union Tribune", "Edible San Diego", "City Lights", "Uptown News" qəzetləri bu sıradadır…

…Evi sanki balaca bir Azərbaycandır. İndiyədək bu evdə neçə-neçə soydaşımıza yaşamaq üçün yer verib, neçə-neçə azərbaycanlı tələbə burada təmənnasız yaşayıb…

…Restoranın menyusu əsasən Kaliforniya və Azərbaycan milli yeməklərindən ibarətdir. Tez-tez Azərbaycan gecələri keçirir, həmin günlər ancaq Azərbaycan xörəkləri təqdim olunur. Amerikalı müştərilər burada 10-na yaxın milli xörəyimzdən dada bilirlər. Bundan əlavə, o, Azərbaycan mətbəxinin təamları haqqında kitab üzərində çalışır. Dediyinə görə, yaxın zamanlarda oxucuların ixtiyarına verəcək…

…Azərbaycana hər gedəndə özüylə nüfuzlu amerikalı ziyalılarından bir-ikisini də qonaq aparır. Onları ölkəmizin görməli yerlərini gəzdirib, tanış edir. Vətənimizi sevdirməyə çalışır...

…Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində 300 nəfərlik yemək hazırlatdıraraq, Los Anclesdə keçirilən tədbirdə milli mətbəximizin təamlarını iştirakçılara təqdim edib. Ümumiyyətlə, San Dieqoda Azərbaycanla bağlı elə bir tədbir olmayıb ki, orada Lalə xanımın xidməti olmasın…

Deyir ki, "Mənim ömrümdə iki insanın böyük rolu olub. Atam Xanlar Bayramov və ömür-gün yoldaşım İmran Cavadovun. Hər ikisinə son nəfəsimədək borcluyam"…

…Amerikada özünü Azərbaycana həsr edən bu xanımın milli mətbəximizin təbliğ olunmasında göstərdiyi xidmətlərin mahiyyətinə varanda, istər-istəməz dilimdən bu sözlər qopdu: Var olun, Lalə xanım! Nə yaxşı ki, xalqımın sizin kimi övladları var…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27