Arxiv
6 Fervral 2019, 14:15 | MƏDƏNİYYƏT
AzTV-nin Bədii Şura üzvü: “Belə qurum digər telekanallarda da yaradılmalıdır”  

Fevralın 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb. 

Bədii Şuranın yaradılmasında məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.

Bədii Şurada müğənni, xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi, bəstəkar, xalq artisti Faiq Sücəddinov, xanəndə, xalq artisti Mənsum İbrahimov, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, xalq artisti Təranə Muradova, tarzən, xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.

Modern.az saytı Bədii Şuranın üzvlərindən olan bəstəkar, xalq artisti Faiq Sücəddinovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında deyib ki, AzTV-də Bədii Şuranın yaradılması bayağılığın qarşısını alacaq:

“Bu gün bir yerə toplaşıb söhbət etdik. Öz fikirlərimizi bildirdik. AzTV-yə  “ana televiziya” deyirik. Doğrudan da bu, belə qalır. Bədii Şuranın yaradılması ilə bağlı orada qlobal dəyişiklik olmayacaq. Biz Bədii Şura olaraq öz fikirlərimizi söyləməklə işləri daha da yaxşılaşdıra bilərik. Bir sənətkar kimi bu işlərə ümidlə baxıram. Çünki Azərbaycan şeirinin, musiqisinin, kinosunun, dilinin bayağı səviyyəyə enməsinə imkan vermək olmaz. Əsas məsələ də budur”.

Bəstəkar digər telekanallarda da bu cür Bədii Şuranın yaradılmasının vacibliyini vurğulayıb:

“Digər özəl televiziyalarda da bu formada Bədii Şuranın formalaşmasına ehtiyac var. Dəyərlərimizin normal qaydada təbliğ olunması çox vacibdir. Tamaşaçılar kimi mən də özəl televiziyalarda bir çox məsələlərdən narazıyam. Düşünürəm ki, Bədii Şura digər kanallarda da yaradılmalı və inkişafımıza xidmət etməlidir”.

Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağcabədidə mexanizatorlar üçün təlim keçirilib   18 İyul 2019, 11:00 “Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir 18 İyul 2019, 10:59 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin şəxsi tərcüməçisi YAZIR 18 İyul 2019, 10:44 Nazirlik jurnalistləri Şəkiyə apardı 18 İyul 2019, 10:33 Gömrük Komitəsi iş adamının iddialarını TƏKZİB ETDİ 18 İyul 2019, 10:24 Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş rejimə keçir 18 İyul 2019, 10:15 Cəbhədəki sakitlik bitdi – Ermənistan iriçaplı silahları və snayperləri işə saldı 18 İyul 2019, 09:53 Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb 18 İyul 2019, 09:37 Məmur olmaq istəyənlər sınağa çəkilir 18 İyul 2019, 09:34 Vergilər Nazirliyi sosial reklam hazırladı - VİDEO 18 İyul 2019, 09:20 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA 18 İyul 2019, 09:03 Zaur Seyidzadə: “Tezliklə Aliment Fondu yaradılacaq” – MÜSAHİBƏ 18 İyul 2019, 08:58 Azərbaycan jurnalistikasının dörd “muşketyoru”... 18 İyul 2019, 08:45 Manat və dolların bugünkü məzənnəsi 18 İyul 2019, 08:45 Natalia Bourjali: “Bu, Avrasiya məkanında ilk təcrübədir və Azərbaycan modelidir” 18 İyul 2019, 08:30 “Bakıxanovlara həmişə haqsızlıq ediblər” - Məşhur nəslin davamçısı 18 İyul 2019, 08:13 “Vahid Mustafayev çoxdan avtomobil idarə etmir” - ANS Şirkətlər Qrupundan saytlara ETİRAZ 18 İyul 2019, 07:41 Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi yekunlaşdı - Bütün NƏTİCƏLƏR 18 İyul 2019, 07:30 Türkiyənin F-35 proqramında iştirakında problem yaranır 18 İyul 2019, 01:00 “Neftçi”ni çətin oyun gözləyir 18 İyul 2019, 00:44 Sumqayıtda usta  içkidən zəhərləndi 18 İyul 2019, 00:27 Bakıda iki qız itkin düşdü 18 İyul 2019, 00:13 “Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16