Modern.az

Xəzərlə bağlı sənədlər ratifikasiya edildi

Xəzərlə bağlı sənədlər ratifikasiya edildi

12 Fevral 2019, 13:59

Milli Məclisin bu gün keçirilən plenar iclasında Xəzər dənizində əməkdaşlığa dair bir neçə saziş müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, iclasda "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə" Protokolun təsdiq edilməsi, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə" Protokolun təsdiq edilməsi, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi, "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında" Sazişin təsdiq edilməsi, o cümlədən "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, layihələrlə bağlı parlament sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Bildirilib ki, layihələr Azərbaycanın milli maraqlarına cavab verir və Konvensiyanın imzalanmasından sonra Xəzərin statusundan irəli gələn məsələləri özündə əks etdirir.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu