Modern.az

“Bazarlarda satılan balıqların mənşəyi bilinmir” - Deputat

“Bazarlarda satılan balıqların mənşəyi bilinmir” - Deputat

13 Mart 2019, 13:11

“Yol kənarlarında, bazarlarda satılan balıqların mənşəyinin haradan olduğu bilinmir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib.

“Balıqların necə və harada saxlandığı, onların qidalanmasında hansı gübrələrdən istifadə olunması bilinmir. Bu baxımdan “Balıqçılıq haqqında” qanunda bu məsələlərin nəzərdə tutulması müsbət haldır”.

Komitə sədrinin müavini Eldar Quliyev isə ətraf mühitin qorunması məsələsinə diqqət çəkərək söyləyib ki, bu işdə məsuliyyət hər kəsin üzərinə düşür:

“Ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün hər birimiz çalışamlıyıq. Azərbaycanın təbiəti gözəldir, o qorunmalı, saxlanmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?