Arxiv
15 mart 2019, 08:50 | ƏDƏBİYYAT
Məşhur hərbi əsərlər müəllifindən Qarabağ həqiqətlərinin dünyaya təbliği üçün TƏKLİF

“Qarabağın, Azərbaycan həqiqətlərinin dünyaya təbliği ilə bağlı vahid mərkəz yaradılmalı, bu məsələlər həmin mərkəzdən idarə olunmalıdır”.

Bu barədə təklifi AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri Şahin Musaoğlu Modern.az-a açıqlamasında səsləndirib. O hesab edir ki, Dağlıq Qarabağ problemi, Azərbaycanın müharibə həyatı, Xocalı kimi faciələrimizi dünya miqyasında təbliğ edəcək film və əsərin ortaya çıxarılması vahid mərkəz və əsaslı maliyyə tələb edir:

“Bu gün Qarabağ, müharibə mövzusunda yazılmış kifayət qədər bədii əsər var. Amma düşünürəm ki, dünya səviyyəsində səs-küy yaradacaq əsər, film ortaya qoymaq istəyiriksə, fərqli vasitələrdən istifadə edə bilərik. Məsələn, bir müsabiqə elan olunsun. Müəlliflər, yazıçılar öz əsərlərini ora təqdim etsinlər. Şərtlər və imtiyazlar çərçivəsində ən yaxşı əsər seçilsin və dünya miqyasında Qarabağı tanıdacaq şəkildə təbliğ edilsin.

Müharibə mövzusu geniş mövzudur. Müharibə haqqında elə bir əsər ortaya qoyulmalıdır ki, düşmənin barbarlığını, vəhşiliyini məharətlə göstərdiyi kimi Azərbaycan xalqının mərdliyini, igidliyini də nümayiş etdirə bilsin. Ermənilər bir xətti götürüblər – özlərinin yazıq və fağır obrazılarını yaradıblar, cəmiyyətə bu cür təqdim edirlər. Bir isə sanballı bədii əsərlə həqiqətləri ortaya qoymalıyıq. Müharibə çılpaqlığı sevir. Nə varsa, onu yazmaq, məharətlə oxucuya çatdırmaq lazımdır. Yazıçının təxayyülü, fantaziyası bu mövzuda olan əhəmiyyətli əsərlərə uyğun deyil. Müharibə mövzusunda sanballı əsər ortaya qoymaq üçün müəllifin yaxşı müşahidə qabiliyyəti və nəql etmək bacarığı olmalıdır.

Bu gün Xocalı soyqırımının şahidi olan, valideynlərini, yaxınlarını itirmiş, o əzabları yaşamış insanların danışdıqlarından kifayət qədər sənədli filmlər çəkilib. Onlar bu gün rahatlıqla müsahibə verə bilirlər. Həmin şahidlərin məlumatları əsasında geniş, sanballı əsər və ya film ortaya qoymaq olar. Bu məsələdə isə qeyd etdiyim kimi, yaxşı maliyyə dəstəyi lazımdır. Bir yazıçı həmişə hazırdır, həmişə məhsulu var. Sadəcə, onu hansı istiqamətə yönəltsin, dəstəkdən necə istifadə etsin, bunları dəqiqləşdirmək lazımdır. Elə yazıçılarımız var, Qarabağ hadisələrində birbaşa iştirak ediblər, qaçqın və ya məcburi köçkündürlər. Onlar bizdən də məharətli şəkildə hadisələri işıqlandıra bilərlər”.


Şahin Musaoğlu qeyd edib ki, Qarabağın tanıdılması məsələsində yazarlardan da, digər sənət adamlarından da, cəmiyyətdən də, dövlətdən də çox şey tələb olunur:

“Dönə-dönə vurğulayıram, hər şeyin də başında maliyyə dayanır. Bədii əsər ola bilər, nisbətən az maliyə tələb etsin, amma film və s. kimi iri işlər çox maliyyə tələb edir və dəstək olmazsa, ərsəyə gəlməsi çətin məsələdir.

Film asan başa gələn məsələ deyil. Filmə maliyyə dəstəyi mütləq olmalıdır. Özfəaliyyət şəklində, bir neçə sponsorla filmlər çəkmək lazımi effekti verməz. Qarabağla bağlı sanballı iş ortaya qoymaq, bunu dünya səviyyəsinə çıxarmaq istəyiriksə, mütləq zəngin maddi-texniki baza, peşəkar aktyor və rejissor heyəti olmalıdır. Bütün bunları isə maliyyəsiz həll etmək mümkünsüzdür.

Bir məsələ də var. Mənə elə gəlir ki, Qarabağın təbliği hərbi doktrinamızın bir hissəsi olmalıdır. Azərbaycan diasporu, səfirliklər, hətta xarici ölkələrdə yaşayan azərbaycanlı biznesmenlər də bu məsələdə lazımi diqqəti, köməyi göstərməlidirlər. Başqa dövlətlərdə yaşayan milyonçularımız, milyarderlərimiz var. Onların və aidiyyəti qurumların dəstəyi ilə, vahid mərkəzdən idarə olunmaqla Qarabağ həqiqətlərini dünyaya çatdıra bilərik”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Neftçalada mikroavtobus yük maşınına çırpılıb - 4 nəfər ölüb 23 May 2019, 08:14 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Mesut Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25 ABŞ-ın Azərbaycandakı eks SƏFİRİ: “Bakı çox təhlükəsiz şəhərdir” 22 May 2019, 18:17 Zakir Həsənov göstəriş verdi - FOTO+VİDEO 22 May 2019, 18:06 “Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat 22 May 2019, 17:58