Arxiv
2 Aprel 2019, 09:00 | MƏDƏNİYYƏT
“Rəhmətdən yağışa  gedən sevgi”

İnsan yaşadığı dünyanın sirli-sehirli tərəflərini izah etməkdə çətinlik çəkdindiyində "izah olunmaz, yaşamaq lazımdır" ifadəsindən tez-tez istifadə edir. Bu fikir insandakı söz bazasının kifayət etmədiyindən uydurulmuş bir bəhanə deyil, insanın o sirli-sehirli aləmin qarşısındakı acizliyindən meydana gələn amildir. Bu amillərə  filmlərdə də rast gəlmək kifayət qədər adət halını almış bir durumdur. Bu səbəbdəndir ki, ən sevdiyimiz, təsirləndiyimiz filmlərdən danışmaq əvəzinə "izah olunmaz, izləmək lazımdır" ifadəsini işlədirik. Belə filmlərdən biri də haqqında söz açacağım "Baran" filmidir.

 

"Rəhmətdən yağışa gedən yollar çoxdur. Bu yollaran biri də Məcid Məcidinin 2001-ci ildə quruluş verdiyi "Baran" (Yağış) filmidir"

 

Film, o qədər sadə, o qədər də bəzək-düzəkdən uzaq olsa da, amma gəl gör ki, milyon dollarlıq filmlər onun yanından keçməyə belə layiq deyil.
Yaxşı, nə üçün? 
Bir filmi bu qədər təsirli edən nədir?

Əslində insan ömür boyu sadəliyi axtarıb tapmağa çalışır. Saraylarda, imarətlərdə keçən ömürdən, içində hər cür əxlaqsızlıq olan sevgilərdən və o sevgiləri bizlərə yaxın etmək istəyənlərdən insan elə bezir ki, sadəlik insana ana qucağını xatırladır, sığınacağa bərabər olur.

Bəli, insanın sığınacağı, bezdiyi və gizlənmək istədiyi dünyada qaçıb getdiyi, pənah apardığı yer-sadəlik, dinclik...

Bu filmdə bir insanın necə qarşılıqsız sevə bildiyi, sevgidə təmənna olmadığı o qədər sadə və gözəl izah olunub ki...
Əsas da son səhnədə sevgilinin ayaq izinə baxıb təbəssüm edən sima...

Filmin baş qəhrəmanı on yeddi yaşında olan gənc Lətifdir. Dolanışığını çalışdığı bir inşaatda işçilərə çay, yemək hazırlamaqla təmin etməkdədir. Ərgənliyindən yaranan şit zarafatları və tünd xasiyyət rəftarı ətrafında olan hər kəsi narahat etməsinə baxmayaraq, bu xarakterindən əsla imtina etmir. Bir gün inşaatda mühacir həyatı yaşayan və qaçaq işlədilən əfqan işçilərdən biri inşaatın dördüncü mərtəbəsindən yıxılaraq ayağı qırılır. İnşaatın baş ustası isə ona kömək etmək üçün onun kiçik övladı Rəhməti işə götürür. Rəhmət isə o qədər cılız və aciz olur ki, ağır inşaat işlərinin öhdəsindən heç cürə gələ bilmir.

Lakin usta onun işə çox ehtiyacı olduğunu bildiyi üçün onu işdən uzaqlaşdırmağa ürəyi gəlmir. Belə olan təqdirdə Lətifi mətbəx işlərindən uzaqlaşdırıb inşaatdakı ağır işlərdən biri ilə vəzifələndirir, Rəhmətə isə Lətifin yerinə mətbəx işlərini tapşırır. Təbii ki, gənc olan və ömrünün çılğın günlərini yaşayan Lətif buna görə çox əsəbləşir və Rəhmətə düşmən münasibəti sərgiləməyə başlayır. Lətifin ona etdiyi müxtəlif əzab-əziyyətlərə baxmayaraq, Rəhmət işinə daha çox can yandırır. Ta ki, Lətifin Rəhmətin gizlətdiyi sirrindən xəbər tutana qədər... Hətta bu sirr Lətifin həyatını izah olunmaz dərəcədə dəyişməyə belə kifayət eləyir.

 

Bir gün Lətif Rəhməti cəzalandırmaq məqsədi ilə mətbəxdə olan hər şeyi qırıb dağıtmağa başlayır. Lakin Rəhmət  səssiz-səmirsiz mətbəxi yenidən və əvvəlkidən də gözəl şəkildə təmir eləyir. Elə bu məqamda Rəhməti gizli-gizli izləyən Lətif, Rəhmətin mətbəxtdəki güzgüdə uzun saçlarını darayan siluetini görür və əslində onun  qız olduğunu başa düşür. Sonradan Rəhmətin əsil adının Baran (yağış) olduğunu öyrənir və o gündən ona aşiq olur.

 

Məcid Məcidi, Lətifin Rəhmətin, yəni Baranın sirrini öyrəndikdən sonra baş verən çevrilişini lentə aldığı filmin ikinci hissəsini əsl şərq əfsanələrinə bənzətməyə çalışmışdır. Filmdə Baranı axtarmağa gedən Lətifin ayaqqabısı yolda cırırlır. Qarşısına çıxan ilk pinəçiyə ayaqqabısını təmir etməyi tapşırır. Ayaqqabısını təmir edən yaşlı əfqan pinəçinin qəfildən ona baxaraq" halbuki eşq elə bir alovdur ki, ürəyi yandırıb yaxar" deməsi də Məcidinin film dəstixəttindən xəbər verən bir məqamdır. Artıq filmin ikinci hissəsində rejissor əvvəlki çılğın, dəliqanlı Lətifi "öldürüb", onun əvəzinə duyğusal, yetkin bir obraz təqdim edir tamaşaçıya. Nəzərə alsaq ki, Məcidi öz filmlərində əsasən uşaqlardan və xüsusi simvollardan istifadə edir, bu filmində də onun uşaqlardan və simvolik hadisələrdən istifadə etməsi filmə öz damğasını vuran amillərdən biridir. Hətta qəhrəmanları üçün seçdiyi adlar belə bu baxımdan çox səciyyəvidir. Bu adlar filmi diqqətlə izləyən tamaşaçılar üçün filmin nə demək istədiyindən xəbər verməyə verməyə bilməz.

 

Bütün filmlərində olduğu kimi, bu filmində də Məcidi insanın öz daxili dünyasına baxmasını təmin etməklə bərabər, dövrünün  amasnız sistemini və insan ləyqaətinin tapdalanmağını bir çox səhnələrdə ön plana çəkir. Beləliklə, Məcid Məcidi öz filmini bu dəfə də beynəlimləşdirə bilir. Tamaşaçılar bir tərəfdən qəhrəmanın mənəvi çevrilişinə şahid olarkən, digər tərəfdən də mühacirlərin və uşaqların fiziki istismarına şahid ola bilirlər. Məcid Məcidi bir daha amansız sistemin ən böyük qurbanları olan bu insanlar üçün tamaşaçıların düşünməsinə şərait yaradır və insanların öz insanlıq borcalarını onlara ustalıqla xatırlatmağa çalışır.

 

Filmin ən möhtəşəm səhnəsi isə, filmin son səhnəsidir. Bu səhnədə Baran öz ailəsi ilə yenidən Əfqanıstana qayıdır. Lətif isə onların yüklərini daşıyaraq onlara kömək edir. Qaldıqları evdən birdəfəlik ayrılan Baran, evdən çıxarkən ayağı burxularaq yerə yıxılır və əlindəki səbət yerə düşərək içindəkilər dağılır. Lətif qaçaraq ona yaxınlaşır və kömək etməyə çalışır.

İzlədiyimiz əksər sevgi filmlərində baş qəhrəmanların təsadüfən əllərinin bir-birinə toxunması ilə göz-gözə gəlməsi və bir-birlərinə aşiq olması ənənəsindən Məcid Məcidi bu shənədə ustalıqla yayınır və qəhrəmanların əlləri qətiyyən bir-birinə toxunmadan yerə dağılan ərzaqları səbətə yığmağa başlayırlar. Rejissor bu səhnədə əsl sevginin danışmadan da, toxunmadan yarana biləcyini tamaşaçıya çatdırmağa çalışır. Necə ki, film ərzində baş qəhrəmanlardan biri olan Baran bir kəlmə də olsun danışmır. Sonda Baranla Lətif göz-gözə gəlirlər. Baran ilk dəfə Lətifin üzünə baxaraq ona gülümsəməyə başlayır. Bu durumdan həyəcanlanan Lətif, təbəssümlə Barana baxır və nəhayət onun danışacağını, ona bir söz deyəcəyini həsrətlə gözləyir. Lakin rejissor qəhrəmanın bir hərəkəti ilə gözlənilməz bir durum yaradır. Baran gülümsədiyi məqamda qəfildən başındakı niqabı üzünə ataraq görünməz olur  və maşına minərək ömürlük Lətifdən uzaqlaşır. Lətif isə üzərinə yağışın yağdığı Baranın ayaq izinə baxaraq gülümsəyir. Rejissor bu səhnə ilə onların bir daha görüşməyəcəyini və gizli qalan eşqlərin nə qədər müqəddəs, nə qədər pak olduğunu həssalıqla tamaşaçıya çatdırır.

 

Mərahim Nəsib

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hirkan qoruğunda yanğın oldu 20 Avqust 2019, 14:21 Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53 Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI 20 Avqust 2019, 11:28 Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 20 Avqust 2019, 11:25 Çempionlar Liqasının pley-off oyunları başlayır 20 Avqust 2019, 11:01 Antisanitar şəraitdə işləyən qənd istehsalı sexi aşkarlandı - FOTO 20 Avqust 2019, 10:46 Bu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHI 20 Avqust 2019, 10:32 Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək 20 Avqust 2019, 10:16 “Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Himayə olunan digər obyektlər də var... 20 Avqust 2019, 09:58 Dörd rayonda qaz təchizatı dayandırılıb 20 Avqust 2019, 09:47 Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozdu 20 Avqust 2019, 09:45 Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR 20 Avqust 2019, 09:38 Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR 20 Avqust 2019, 09:18 Azərbaycanda əhalinin 13 faizi pensiyaçılardı 20 Avqust 2019, 09:11 Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək” 20 Avqust 2019, 09:04 Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR 20 Avqust 2019, 08:54 Binəqədidə “Favorit” market yanıb, 1 nəfər zəhərlənib 20 Avqust 2019, 08:39 Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək... 20 Avqust 2019, 08:34 Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59