Arxiv
5 Aprel 2019, 09:15 | MƏDƏNİYYƏT
“Formula 1”in biletləri Azərbaycan sakinlərinə endirimlə satılır - MÜSAHİBƏ   

Bakı bu il Formula 1 Azərbaycan Qran-Prisinə 26-28 aprel tarixlərində evsahibliyi edəcək. Bu həyəcalı yarış dünyanın bir çox ölkəsində maraqla izlənilir. Yarışın başlamasına az vaxt qalıb, şəhərin küçələrində hazırlıq işləri sürətlə gedir.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai Modern.az-ın suallarını cavablandırıb.

 

- Azərbaycan Qran-Prisinə hazırlıqlar hansı mərhələdədir?

 

- Artıq hazırlıqların sonuncu mərhələsindəyik. Bəzi tikinti-quraşdırma işləri trekin keçdiyi yollar yarış üçün bağlandıqdan sonra tam başa çatdırılacaq. Artıq trekin asfalt örtüyü yarışa tam hazır vəziyyətə gətirilib. Trekyanı baryerlərin böyük hissəsi, həmçinin tribunaların əksəriyyəti quraşdırılıb. Pit binası demək olar ki, yarışa tam hazır vəziyyətdədir.

 

- Yollar nə zamandan tam bağlanacaq?

 

- Bakı Şəhər Halqası şəhər treki olduğu üçün yolların tam bağlanması yarışın ən son həftəsinə təsadüf edir. Trekin keçdiyi yollar 22 aprel, gecə saat 01:00-da bağlanacaq və bu yollar yenidən 30 aprel səhər saat 06:00-da açılacaq.

 

- Akkreditasiya üçün nə qədər media nümayəndəsi müraciət edib?

 

- 150-dən çox yerli media nümayəndəsinin akkreditasiyaya müraciəti qəbul olunub.

 

- Akkreditasiyadan keçənlərin adları nə zaman bəlli olacaq?

 

- Akkreditasiyanın nəticələri yarış həftəsinin ilk günlərində elan olunacaq.

 

- İndiyə qədər nə qədər bilet satılıb? Daha çox xarici ölkə vətəndaşları maraq göstərir yoxsa, yerli?

 

- Bilet satışına dair statistik məlumat yalnız yarış bitdikdən sonra ictimaiyyətə açqlanır. Lakin onu bildirə bilərik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il bilet satışı daha yüksəkdir. Artıq Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb. Bununla birlikdə, daha bir neçə tribunada biletlər tamamilə satılmaq üzrədir. Hər il olduğu kimi bu il də yarış yaxınlaşdıqca, bilet satışlarında əhəmiyyətli artım müşahidə olunur. İndiyədək ümumilikdə 63 ölkədən bilet alınıb. Biletlərin 37%-i Azərbaycandan alınıb. Xarici ölkələr arasında ilk üçlüyə Rusiya, Monako və Böyük Britaniya daxildir. Onların nisbi çəkisi müvafiq olaraq 18%, 11% və 9% təşkil edir.

 

- Biletlərin qiyməti hamı üçün maraqlıdır....

 

- Biletlər Azərbaycan vətəndaşları və ölkədə yaşayan xarici vətəndaşlara original qiymətdən 20 % ucuza təqdim olunur. Həmçinin, azyaşlılar üçün də biletlər endirimli qiymətə satılır. Bundan başqa, biletlərin qiyməti tribunaya və yarış günlərinə görə də müxtəlifdir. Yerli sakinlərə biletlərin qiyməti 70-850 AZN civarındadır.  Daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/az/buy-now

 

 

-  Qran-Pridə tamaşaçıları hansı yeniliklər gözləyir?

 

- Bulvar ərazisində yerləşən Əyləncə Zonasında günboyu müxtəlif əyləncə tədbirləri olacaq. Burada hər il tamaşaçıları yeni əyləncələr gözləyir. Həmçinin, şənbə və bazar axşamlarında dünya ulduzlarının iştirakı ilə Kristal Zalda axşam konsertləri keçiriləcək. Artıq şənbə gününün ulduzu bəllidir. Bu, britaniyalı müğənni Sem Smitdir. Bazar gününün ulduzu da yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Həmin konsertlərdən əvvəl yerli müğənnilər də səhnəyə çıxacaqlar. Bundan başqa, sözügedən axşam konsertlərindən sonra gecə saatlarında “Elektra Hall”da yenə Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində “Baku City Sounds” adı altında dünyaca məşhur DJ-lərin iştirakı ilə “afterparty”lər təşkil olunacaq. Bu proqramın detalları ilə yanaşı burada iştirak şərtləri də yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə 27 Yanvar 2020, 01:04 Əfsanəvi basketbolçu helikopter qəzasında ölüb 27 Yanvar 2020, 00:23 Bu gündən seçki bülletenlərinin çapına başlanılır 27 Yanvar 2020, 00:03 "İsmayıllıdakı qəzada bir ailənin 3 üzvü ölüb" - DYP  26 Yanvar 2020, 23:49 Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 23:28 Yüksək narkotik qəbul edən şəxs hamamda öldü 26 Yanvar 2020, 23:12 Gəncədə yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirib 26 Yanvar 2020, 22:44 ABŞ səfirliyinə raket atıldı 26 Yanvar 2020, 22:29 Zaur Məmmədov Cəbrayıl qəsəbəsində seçicilərlə görüşdü - FOTOLAR 26 Yanvar 2020, 22:11 Bir sutkada Suriyaya 981 qaçqın qayıdıb 26 Yanvar 2020, 21:56 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 21:46 Qənirə Paşayeva seçicilərin problemlərini dinlədi - FOTOLAR 26 Yanvar 2020, 21:41 Tovuzda qardaş qardaşı bıçaqlayıb 26 Yanvar 2020, 21:22 Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək 26 Yanvar 2020, 21:06 Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO 26 Yanvar 2020, 20:53 İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb 26 Yanvar 2020, 20:45 ABŞ-da təhlükəli virusa yoluxanların sayı artıb 26 Yanvar 2020, 20:35 Bakıda ağır qəza - FOTO 26 Yanvar 2020, 20:17 Elmar Musayev Gədəbəy seçicilərinin aşkar favoriti oldu - FOTOLAR 26 Yanvar 2020, 20:06 İranda uçuş zamanı təyyarədə yanğın olub 26 Yanvar 2020, 19:56 Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb 26 Yanvar 2020, 19:21 Oğuz rayonunda baş vermiş yanğın söndürülüb 26 Yanvar 2020, 18:57 Əhliman Əmiraslanov seçiciləri ilə görüş keçirib 26 Yanvar 2020, 18:48 Yanğın baş verən binada yaşayan köçkünlər kirayə mənzilə yerləşdirilib - RƏSMİ 26 Yanvar 2020, 18:33 Gəncədə "Musa Quliyev - O, Sizin səsinizdir" filminin təqdimatı keçirilib 26 Yanvar 2020, 18:17 Rəşad Camalov Şirvanda şəhid ailələri ilə birgə - FOTOLAR 26 Yanvar 2020, 17:57 “Müsavat bəzi dairələrdə YAP-la birləşib, müxalifətə alternativlik edir” – İTTİHAM  26 Yanvar 2020, 17:48 Musa Qasımlının izdihamlı görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 17:33 Türkiyədə zəlzələ qurbanlarının sayı 36-ya çatdı 26 Yanvar 2020, 17:18 Zəlzələ bölgəsindən çıxarılan tələbələr Bakıda - FOTOLAR 26 Yanvar 2020, 17:01 Daha bir aviaşirkət Çinə reysləri təxirə saldı 26 Yanvar 2020, 16:51 Əfqanıstanda toyda partlayış törədildi 26 Yanvar 2020, 16:38 MSK deputatlığa namizədlərin siyahısını YENİLƏDİ 26 Yanvar 2020, 16:17 Qüdrət Həsənquliyevin seçicilərlə növbəti izdihamlı görüşü keçirildi - FOTOLAR 26 Yanvar 2020, 16:08 Təxliyə edilən tələbələr Naxçıvandan təyyarə ilə Bakıya yola salındı 26 Yanvar 2020, 16:01
SORĞU Yeni parlamentdə kimlər olsun?