Arxiv
8 Aprel 2019, 02:16 | DİASPOR
Moskva Dövlət Xarici Dillər Universitetinin azərbaycanlı müəllimi

Sevindirici haldır ki, xarici ölkələrdə məskunlaşan soydaşlarımızın əksəriyyəti vətəndən uzaqda yaşasalar da, milli kimliyini unutmurlar. Necə deyərlər, gedəndə Azərbaycan sevgisini də ürəklərində aparırlar. Bu sevgi onları bir an belə tərk eləmir. Haqqında söhbət açdığım Mehriban Abdullayeva Tərtər rayonunda dünyaya gəlib. Orta təhsilini orada başa vurub. 1983-cü ildə indiki Bakı Slavyan Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini qırmızı diplomla bitirib. Üç il Tərtər rayonunda 5 nömrəli məktəbdə ibtidai siniflərə rus dilindən dərs deyib. 1986-cı ildən Moskvada yaşayır…


…Bir oğlu var, adı Tərlandır. 27 yaşlı bu gənc Moskva Dövlət Texniki Universitetin uçot-iqtisad fakültəsini bitirib. Hazırda Finlandiyanın Rusiyadakı şirkətlərindən birində süni intelekt üzrə layihə rəhbəri vəzifəsində çalışır. Subaydır…

Mehriban xanım Moskvaya gəldikdən sonra on yeddi il uşaq bağçasında tərbiyəçi işləyib. 2003-2005-ci illərdə 1331 nömrəli orta məktəbdə azərbaycan dili fənnini tədris edib. 2005-2015-ci illərdə isə ali hərbi məktəblərdən birində müdavimlərə azərbaycan dilindən dərs deyib. 2015-ci ildən Moskva Dövlət Xarici Dillər Universitetində azərbaycan dili kursları aparır.

2007-2016-cı illərdə Bakı Slavyan Universitetinin doktoranturasında qiyabi təhsil alaraq pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib…

…Deyir ki,- "Ən böyük arzum işğal altında olan torpaqlarımızın xilas olunmasıdır. İnanın ki, Qarabağı qarış-qarış ayaqyalın gəzməyi əhd etmişəm. İkinci ən böyük istəyim isə yeganə övladımı xoşbəxt görməkdir"…

İndiyədək on kitabı işıq üzü görüb. Həmin kitablar dərs vəsaiti kimi xüsusi tərcüməçilər üçün nəzərdə tutulub. "Rusca-Azərbaycanca sözlük " kitabı isə rusdillilərə düşdükləri müxtəlif vəziyyətlərdə fikrini Azərbaycan dilində ifadə etmək bacarığını aşılayır. Bundan əlavə bədii yaradıcılıqla da məşğul olur, şeir yazır. Şeirlərindən birinə mahnı da bəstələnib.

Azad ruhlu xanımdır, heç kimdən asılı qalmağı xoşlamır. Haqqı deməkdən çəkinmir, həmişə ədalətli olmağa çalışır…

Onun haqqında söhbətimi Qırğızıstanda yaşayan, onunla ortaq bir dostumuzun sözləri ilə bitirmək istəyirəm:- "Mehriban xanım Azərbaycan mentalitetini Rusiyada ləyaqətlə təmsil edən dəyərli soydaşlarımızdandır"…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə polisi 217 cinayətkarı saxladı 21 İyul 2019, 00:36 Polis gücləndirilmiş rejimə keçdi 21 İyul 2019, 00:16 Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır 21 İyul 2019, 00:03 Bakıda restoranda kütləvi dava: yaralılar var 20 İyul 2019, 23:46 Qaz stansiyasındakı partlayışda 12 nəfər öldü 20 İyul 2019, 23:31 İstanbulda yaxta belə alovlandı - VİDEO 20 İyul 2019, 23:14 Tovuzda dönərdən zəhərlənmə 20 İyul 2019, 22:55 18 “Taliban”  döyüşçüsü öldürüldü 20 İyul 2019, 22:37 551 şahmatçının yarışı yekunlaşır 20 İyul 2019, 22:21 6 ayda 146 nəfər itkin düşdü 20 İyul 2019, 22:02 Qəzaya uğrayan təyyarə mağazaya çırpıldı 20 İyul 2019, 21:39 İsti hava 6 nəfərin həyatına son qoydu 20 İyul 2019, 21:24 Moskvada 12 min insan etiraza qalxdı 20 İyul 2019, 21:09 Astarada DTX polkovniki həbs edildi 20 İyul 2019, 20:51 2 273 namizəd məktəb direktorluğuna iddialıdır 20 İyul 2019, 20:19 Türkiyə diplomatlarını öldürənlər ələ keçirildi 20 İyul 2019, 20:02 Qusarda qoyun oğruları tutuldu 20 İyul 2019, 17:43 Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır 20 İyul 2019, 17:15 Gömrük Komitəsinin sədri media ilə əlaqələri genişləndirmək istəyir 20 İyul 2019, 17:06 Bakıda yanğın - 6 nəfər təxliyə olundu 20 İyul 2019, 16:52 Yaqub Mahmudov jurnalistlərə təbrik ünvanladı 20 İyul 2019, 16:32 Gömrük 46 min dollarlıq telefonlara 28 min manat rüsum alıb - RƏSMİ 20 İyul 2019, 16:25 Bakıda “avtoşluq” edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi 20 İyul 2019, 16:16 Vilayət Eyvazov sıra baxışı keçirdi 20 İyul 2019, 16:14 Ekspert yay məktəblərinə qarşı çıxdı 20 İyul 2019, 15:26 Zakir Həsənov düşmənə zərbə endirməyi tapşırdı 20 İyul 2019, 15:17 Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini” 20 İyul 2019, 15:00 İlham Əliyev Belçika Kralını təbrik edib 20 İyul 2019, 14:38 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİB 20 İyul 2019, 14:09 Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28