Modern.az

Problemli kreditlərə görə təzminat alacaq şəxslərin SİYAHISI açıqlandı - YENİLƏNİB

Problemli kreditlərə görə təzminat alacaq şəxslərin SİYAHISI açıqlandı - YENİLƏNİB

İqtisadiyyat

15 Aprel 2019, 12:10

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını rəsmi saytda (//pk.fimsa.az/) açıqlayıb.

Bunu Modern.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildiriblər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev Modern.az-a bildirib ki, portalda problemli kreditlərin sorğulanması bölümündə yenilənmə işləri başa çatıb:

“Saytda “Kompensasiya məbləğinin sorğulanması” bölümündə bəzi vətəndaşlar öz məlumatlarını daxil edərkən, “məlumatlarınız yenilənir” cavabını alırdı. Bu gündən etibarən məlumatlar yenilənib. Fərmanla adları kompensasiya, yaxud restrukturizasiyaya düşənlərin adı “Kompensasiya məbləğinin sorğulanması” bölümündə var. Fəliyyətdə olan və bağlanmış banklardan kredit götürən və fərmandan yararlanacaq şəxslər həmin bölümdə məlumat əldə edə bilərlər”.

E.Allahverdiyev qeyd edib ki, Fərman milyona yaxın əhaliyə şamil olunur.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş borclarına güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub.


***

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını rəsmi saytda (pk.fimsa.az) açıqlayacaq.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.


İqtisadçı deputatın sözlərinə görə, təzminat alacaq vətəndaşların sayının 400-600 min arası olduğu təxmin edilir:


“Dəqiq say siyahı açıqlananda biləcəyik”.

 
V.Əhmədov qeyd edib ki, problemli kreditlərlə bağlı Prezidentin verdiyi fərmanın vaxtında yerinə yetiriləsi üçün ciddi iş gedir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş borclarına güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi