Modern.az

Parisdə 126 etirazçı saxlanıldı

Parisdə 126 etirazçı saxlanıldı

20 Aprel 2019, 20:31

"Sarı jiletlilər"in bu gün keçirilən etiraz aksiyasında ümumilikdə 9600 nəfər iştirak edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Parisdə polisin saxladığı etiraz aksiyası iştirakçılarının sayı 126-nı keçib.

Hələ ötən həftə Fransanın daxili işlər naziri K. Kastaner aprelin 20-də vəziyyətin gərgin olacağını, dağıdıcıların yenidən Parisə toplaşacağını və 16 mart hadisələrinin təkrarlanacağını bildirmişdi. Polis Həmkarlar İttifaqının üzvü də televiziyada çıxışında vəziyyətin çox “mürəkkəb” olmasını xəbər vermişdi.

Bu gün bütün ölkə üzrə 60 min polis və jandarmın səfərbər olunduğu bildirilir ki, bundan 5 mini Parisdə olacaq.

Qeyd edək ki, 23 həftədir davam edən etiraz nümayişləri səngimək bilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir