Modern.az

Psixoloq onu qınayanlara cavab verdi

Psixoloq onu qınayanlara cavab verdi

Aktual

22 Aprel 2019, 16:03

Aprelin 18-də Modern.az saytında psixoloq Aytən Ələkbərovanın geniş müsahibəsi yer aldı. Əməkdaşımızla söhbətinin sosial şəbəkələrdə paylaşılmasından sonra A. Ələkbərovanın müsahibəsi haqqında fərqli fikirlər də ortaya çıxdı.

 

Aytən Ələkbərova növbəti dəfə saytımıza danışaraq, ittihamlara cavab verib. O, üzünü müsahibəsini oxumadan fikir bildirən insanlara tutaraq, bunları deyib:

 

“Ziyalı insanlar da zəng edib, mənə təşəkkür etdilər ki, bu günə qədər hərtərəfli müzakirə aparan, müsahibə ilə çıxış edən psixoloq olmamışdı.

 

Psixoloqlarımızdan hətta bir neçəsi belə mövzulara toxunmağı dəstəklədiklərini bildirdi. Bütün həmkarlarıma, psixologiya elmini sevənlərə dərin təşəkkür edirəm.  

 

Bunun digər tərəfi də var, müsahibə alan journalist bu mövzuda toxunmaq istədiyimiz məsələni daha yaxşı bilirdi. Düşüncələr bir-birini qarşılayır. İnsanlar bir nəfər haqqında mənfi fikirdədirlərsə, qarşı tərəf də onlar haqqında mənfi düşünə bilər. Mənfi fikir bundan ibarətdir ki, biz hər bir insanı özü kimi qəbul etməyi bacarmalıyıq. Belə halda qarşımızdakı şəxsdən özümüzə qarşı hörmətsizlik görmərik. Təəssüf ki, müsahibəmizlə bağlı da hər kəs öz düşüncəsində görmək istədiyini orada yazdı. Sanki maraqlar bir tək bunun üzərində qurulub.

Müsahibədə tərbiyəvi, hətta başlığın özündə belə öyrədici məqamlar çox idi. Bir növ mesaj idi ki, qadınlar, siz də yaxşını düşünün, sevginizi sevgi olaraq qəbul edin, maddiyyat üzərində qurmayın. Eyni zamanda bəylərə də aşılanmalıdır ki, hər kəs eyni cür deyil, belə məqamlara fikir verin. Təəssüf edirəm, bu, tamam başqa istiqamətə yönəldi. Bir neçə sayt bu müsahibəni paylaşıb”.

 

A.Ələkbərova bildirib ki, peşəkar saytların paylaşımında heç bir problem yaranmadı.

 

“Amma öz reytinqini qaldırmağa çalışan saytlar qalmaqallı başlıqla paylaşaraq, fərqli rəy formalaşdırmağa çalışdılar. Üstəlik qeyd edilirdi ki, guya geniş oxucu kütləsinin fikri budur. Axı oxucu tək başlığa baxıb, müsahibəni oxumayanlar deyil. Oxucu real olaraq, ciddi saytlarda məlum oldu ki, tam oxuyub, mənə təşəkkür ediblər. Bu müsahibəni uğur kimi qəbul edən şəxslər var. Çünki hər kəs öz xislətini göstərir. Kimi uğur tərəfdən yanaşdı, kimisi daha da neqativə yüklənərək, başqa cür səsləndirdilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır