Arxiv
2 May 2019, 09:58 | DİASPOR
Kanadanın yeganə xanım həkim-anestezoloqu - O, azərbaycanlıdır

Cərrahiyə əməliyyatlarının uğurlu alınmasında anestezoloqun böyük xidməti olsa da, biz adətən sonda cərraha minnətdarlıq edirik. Sanki onun əziyyəti kölgədə qalır... 

Bəli, bu gün mən sizə Kanadada həkim-anestezoloq işləyən Leyla xanım Bağırzadədən söhbət açmaq istəyirəm. O, Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 1992-ci ildə 102 nömrəli məktəbdə başa vurub. 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. 1998-1999-cu illərdə Bakıdakı xəstəxanalardan birində internatura keçərək anestezoloq-reanimatoloq ixtisasına yiyələnib. 2000-ci ilədək terapevt-həkim işləyib. 2000-2002-ci illərdə Boston Universitetində tam təqaüdlə oxuyaraq ictimai sağlamlıq üzrə magistr dərəcəsinə yiyələnib. 2002-ci ildə Kanadaya köçüb, 2005-ci ilədək Edmonton şəhərindəki Alberta Universitetində doktorant kimi elmi tədqiqatlar aparıb. 2005-2010-cu illərdə Kalqari Universitetinin anestezologiya şöbəsində rezident olub. Sonra Kanadanın Kral Kollecinin həkim və cərrahlar üçün imtahanlarını müvəffəqiyyətlə verərək həkim işləmək izni alıb. 2011-2012-ci illərdə Toronto Universitetinin Sinay Hospitalında tam təqüdlə təkmilləşdirmə kursu keçib və mama-anestezoloq ixtisasına yiyələnib. 2013-cü ildən Kalqari Universitetinin Tibb Mərkəzində öz ixtisası üzrə həkim işləyir…

…Atası Babək Bağırzadə ixtisasca elektrik mühəndisi olub. 2005-ci ildə vəfat edib. Anası Tamella xanım texnika elmləri namizədidir. Uzun illər indiki Azərbaycan Dövlət Texniki Universitetinin elektrotexnikanın nəzəri əsasları kafedrasında dosent işləyib. Hazırda təqaüddədir. 
Ömür-gün yoldaşı Murad İbrahimov ixtisasca mühəndisdir. Məşhur "Siemens" şirkətində tibbi avadanlıqlar üzrə mütəxəsis vəzifəsində çalışır. Eldar adında bir oğlu vardır. Eldar 11 yaşındadır…

Deyir ki,- "Kanadada yaşamaq istəyənlər yaxşı olar ki, buraya gələn kimi təhsildən başlasınlar. Burada təhsil alan insanların üzünə bütün qapılar açıqdır. Hər hansı bir peşəni mükəmməl bacaranlar da gələ bilərlər. Bu ölkədə peşəkar ustalar hər yerdə iş tapa bilərlər"…

Amerikada azərbaycanlı həkimləri bir araya gətirən "Azerbaijani American Medical Association"nun üzvüdür. Bu günlərdə həmin təşkilatın Vaşinqtonda keçiriləcək konfransına hazırlaşır. Söylədiyinə görə, həmin tədbirdə həkimlərdən ibarət briqada yaratmağı, ildə bir dəfə Azərbaycana gedib bölgələrdə cərrahiyə əməliyyatlarının aparılmasını təklif edəcək…

Həmsöhbəti ilə rahat ünsiyyət yaratmağı bacaran bu xanımla tanışlığımızdan məmnun qaldım. Və əmin oldum ki, Kanadada Azərbaycanı təmsil edən bir gözəl ailə də yaşayır. Arzularının çoxu yeganə övladı Eldarla bağlıdır. Onun tərbiyəsi ilə xüsusi məşğul olur. Məktəbə, musiqi dərslərinə aparıb gətirir. Ana dilində mükəmməl yazıb oxuması üçün əlindən gələni əsirgəmir.
Zarafat deyil, haqqında söhbət açdığım Leyla Bağırzadə əhalisinin 170 minə yaxını azərbaycanlı olan Kanadada yeganə xanım həkim-anestezoloqdur...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fəzail Ağamalının seçicilərlə görüşü davam edir - FOTOLAR 18 Yanvar 2020, 20:14 İki gündə beş kənd - Ləman Ələşrəfqızı seçicilərlə görüşlərini davam etdirir 18 Yanvar 2020, 20:03 Musa Quliyev təbliğata Gəncənin müqəddəs yerlərini ziyarət etməklə başladı - FOTO 18 Yanvar 2020, 19:43 Deputatlığa namizəd Eldar Quliyev izdihamlı görüş keçirdi - FOTOLAR 18 Yanvar 2020, 19:20 Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə görüşdü - FOTO 18 Yanvar 2020, 19:00 İlham Əliyev məqalə YAZDI 18 Yanvar 2020, 18:46 İqbal Məmmədov seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 18:35 Müəllimlərin işə qəbulunda YENİLİK 18 Yanvar 2020, 18:04 Naxçıvan sakini Göygöldə işlədiyi evdən oğurluq etdi 18 Yanvar 2020, 17:46 Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq ETDİ 18 Yanvar 2020, 17:42 Cavanşir Paşazadə seçicilərlə görüşlərə başladı - FOTOLAR 18 Yanvar 2020, 17:32 Azay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT - Video 18 Yanvar 2020, 17:22 Cəlilabadda narkoticlərə qarşı polis ƏMƏLİYYATI 18 Yanvar 2020, 17:13 Nazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq 18 Yanvar 2020, 17:02 Afət Telmanqızının həyat yoldaşı: “Bu cür xanımla həyatı bölüşmək çox asan olur” 18 Yanvar 2020, 16:50 15 yaşlı Gəncə sakini sükan arxasında öldü 18 Yanvar 2020, 16:37 Onlar ən yaşlı deputatlığa namizədlərdir - SİYAHI 18 Yanvar 2020, 16:13 Kirayə mənzil üçün müraciətlərin qəbul tarixi AÇIQLANDI 18 Yanvar 2020, 15:55 Malik Həsənov seçiciləri ilə görüşüb - FOTOLAR 18 Yanvar 2020, 15:46 Çingiz Qənizadə silsilə görüşlərini davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:24 Uşaqlara nə qədər xərclik verilməlidir? - Psixoloq məsləhəti 18 Yanvar 2020, 15:17 Musa Qasımlı seçiciləri ilə görüşləri davam etdirir - FOTOLAR 18 Yanvar 2020, 15:01 Bakıda qadın narkotacir tutuldu - Ləqəbi  “Nazlı”dır 18 Yanvar 2020, 14:57 5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildi 18 Yanvar 2020, 14:52 “Azərenerji” və “Azərişıq” 20 yanvar faciəsini birgə andı 18 Yanvar 2020, 14:38 Bakıda 14 yaşlı qızı maşın vurdu 18 Yanvar 2020, 14:35 Binəqədidə soyğunçuluqla məşğul olan dəstə aşkarlandı 18 Yanvar 2020, 14:13 Qeyri-millətlərdən olan deputatlığa NAMİZƏDLƏR 18 Yanvar 2020, 13:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   18 Yanvar 2020, 13:34 Sabahın hava proqnozu: yağış, qar, güclü külək... 18 Yanvar 2020, 13:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır: GÖZMUNCUĞU VƏ GİLİZ 18 Yanvar 2020, 13:21 Baş Prokurorluqdan İsmayıllıdakı ölüm hadisəsi barədə AÇIQLAMA 18 Yanvar 2020, 12:54 Paytaxtda 33 yaşlı qadın dəm qazından öldü 18 Yanvar 2020, 12:49 “Orta məktəblərdə informatika fənninin tədrisinə diqqət yetirilmir” - Ekspert 18 Yanvar 2020, 12:41 “Ermənistan danışıqlar prosesinin uzadılması üçün bəhanələr tapır” - Rusiyalı politoloq 18 Yanvar 2020, 12:28
SORĞU Yeni parlamentdə kimlər olsun?