Modern.az

Azərbaycan-Türkiyə hərbi təlimləri Ermənistanda TƏŞVİŞ yaratdı

Azərbaycan-Türkiyə hərbi təlimləri Ermənistanda TƏŞVİŞ yaratdı

3 May 2019, 13:14

“Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dərinləşməsi çox həyəcanlı faktdır”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Orbeli” Mərkəzinin eksperti Taron Ovannisyan açıqlama verib.

 

Ovannisyanın fikrincə,  hərbi təlimlər Qarabağda müharibə riskini artırmasa da, Azərbaycan orduasunun döyüş qabiliyyətinin yüksəlməsinə xidmət edir. Ekpsertin fikrincə, təlimlərə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun da  qatılması xüsusi ilə həyəcanlıdır:

“Bu il Naxçıvandakı Azərbaycan ordusunun snayperləri 2 dəfə təlim keçib. Bundan başqa, azərbaycanlı xüsusi təyinatlılar Türkiyədə NATO standartları əsasında təlimlər keçir”.

 

Taron Ovannisyan bu xüsusi təyinatlıların hərbi əməliyyatların bərpa olunacağı halda erməni qüvvələri üçün ciddi problem yaradacağını etiraf edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir