Modern.az

Komitə sədri Prezidentin əlil uşaqlarla bağlı sərəncamının detallarını AÇIQLADI

Komitə sədri Prezidentin əlil uşaqlarla bağlı sərəncamının detallarını AÇIQLADI

4 May 2019, 14:32

“Azərbaycan dövləti daim əlil vətəndaşlarına davamlı diqqət və qayğısını göstərir/ Bu amil deyərdim ki, ilk növbədə yürüdülən uğurlu sosial siyasətin mühüm tərkib hissələrindən biridir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məcisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Prezident İlham Əliyevin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqından azad edilməsi ilə bağlı sərəncamını şərh edərkən deyib.

 

Deputat qeyd edib ki, xüsusilə əlil uşaqlara, gənclərə, yeniyetmələrə göstərilən dövlət qayğısı və sözügedən sərəncam onların həyatlarına olan baxışlarının optimizm, gələcəyə inam üzərində təşəkkül tapmasına kifayət qədər zəmin yaradır:

 

“Əgər biz həmin məsələyə sadə bir insan, bir ana və valideyn kimi yanaşsaq, burada sonsuz mərhəmət və humanizm dəyərlərinin ali məqamlarını görmüş olarıq. Məhz Prezident İlham Əliyev cənablarının hər zaman əlil uşaqları diqqətində saxlaması onların sağlam insanlarla eyni cərgədə dayanmaq, ölkə və xalq üçün yararlı vətəndaş olmaq arzularını gerçəkliyə çevirir. Bu gün ölkəmizin müxtəlif bölgələrində sağlamlıqları məhdud olan uşaqlar, yeniyetmə və gənclər üçün maksimum şərait yaradılıb. Təhsiləqədər müəssisələrdən tutmuş, reabilitasiya və müalicə mərkəzlərinə qədər çoxsaylı strukturlar fəaliyyət göstərməkdədir. Düşünürəm ki, bu sərəncam da, artıq özü-özlüyündə hər bir insanpərvər, vətənsevər şəxsin sevincinə səbəb olmaqdadır”.

Aqiyə Naxçıvanlı sərəncamın əhəmiyyəti və əlil uşaqlara verəcəyi töhfələri ilə bağlı detalları açıqlayıb.

 

Qeyd edib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin təməlində dayanan daha bir faktor sabitliyin və iqtisadi uğurların məntiqi nəticəsidir:

 

“Bildiyimiz kimi, qərara əsasən həmin şəxslərin xərcləri dövlət büdcəsi hesabında ödəniləcək. Sərəncam bir daha sübut edir ki, İlham Əliyev cənabları daim xalqın yanındadır. O cümlədən, dövlət başçımız öz xalqına güvəndiyi kimi, Azərbaycan xalqı da öz Prezidentinə sonsuz etimad göstərir. Yalnız bu sərəncam deyil, eləcə də son aylarda reallaşdırılan və islahatlar paketinə daxil olan digər sosialyönümlü qərarlar da bütövlükdə uğur tandeminə əsaslandırıla bilər. Əbəs deyil ki, hər bir sosial sifariş cənab İlham Əliyev tərəfindən anında diqqətə alınır və ardınca müvafiq qərarlar qəbul edilir. Belə bir mütərəqqi sosial siyasət hətta dünyanın aparıcı dövlətlərində belə yürüdülmür. Əlbəttə ki, hər bir azərbaycanlı bundan sonsuz qürur duyur, fəxarət hissləri keçirir. Əlbəttə, biz belə bir mütərəqqi sərəncamın imzalanmasına görə, ölkə başçımıza dərin minnətdarlığımızı bildiririk.

 

Aqiyə Naxçıvanlı həmin sərəncama aid edilən kateqoriyaları da xatırladıb:

 

“Bu sərəncama məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər aiddirlər.

 

Ümumiyyətlə, ölkə Prezidentinin son vaxtlarda həyata keçirdiyi inqilabi xarakterli sosial-iqtisadi islahatlar xalqımız tərəfindən rəğbətlə qarşılanır. Söz yox ki, bu kimi humanizm prinsiplərinə söykənən, özündə nəhəng insanpərvərlik ruhunu ehtiva edən sərəncamdan yararlanacaq əlil uşaqlar öz Vətənlərinə daha bağlı olan vətəndaşlar kimi yetişəcəklər.

 

Xüsusilə, Ali təhsil müəssisələrinə qəbul ərəfəsində cənab Prezidentin imzaladığı sərəncam sağlamlıq imkanları məhdud olan bir çox gəncə və onların ailələrinə hədsiz sevinc bəxş edir. Həmin kateqoriyadan olan gənclər məlum qərardan ruhlanaraq əminliklə elmlərə yiyələnəcək və ölkə üçün əhəmiyyətli şəxslər bu olacaqlar. Habelə, bu Sərəncam gənclərə və onların valideynlərinə maddi dəstəklə yanaşı mənəvi stimul da verəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır