Arxiv
5 May 2019, 11:48 | ƏDƏBİYYAT
Nənəsi azərbaycanlı olan tanınmış mediator: “Bu ay Azərbaycanda da başlayacağıq” - MÜSAHİBƏ

Onun bioqrafiyasını oxuduqca bir türk qadınının bu qədər uğura imza atması içimizi qürür hissi ilə doldurur. Deniz Kite Güner Türkiyənin ilk peşəkar beynəlxalq  mediatoru,   Ümumdünya Mediasiya Təşkilatının Türkiyə və Şimali Kipr təmsilçisi, İngiltərə Müzakirəçilər Cəmiyyətinin qurucularından biri, Global Mediators&Negotiators (GMN) – Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu və rəhbəridir. Bu təşkilat Türkiyənin beynəlxalq səviyyədə tanınan sertifikat verən yeganə qeyri – hökumət təşkilatıdır. Yəni, bu sertifikatı alan hər kəs dünyanın istənilən ölkəsində mediatorluq (vasitəçilik) xidməti göstərə bilər. Ötən ayın əvvəlində prezident İlham Əliyevin fərmanı ilə ölkəmizdə də “Mediasiya  haqqında” qanunun qüvvəyə minməsi bu sahə üzrə peşəkar mütəxəssislərin yetişdiriməsini zəruri edir. Bu işdə hüquqşünaslarımızın əsəs məsləhətçilərindən biri də bu sahənin peşəkarı Dəniz Kitə Güner olacaq.

Dəniz xanımın Modern.az saytına müsahibəsini təqdim edirik.

 

- Dəniz xanım, Siz uzun illərdir bu sahənin bilicisi olsanız da Azərbaycanda mediasiya(vasitəçilik) sahəsi yenidir. Bu baxımdan çox adam ümumiyyətlə mediatorların funksiyasının nədən ibarət olduğunu bilmir. Ona görə də istərdim öncə bu sahə ilə bağlı qısa bilgi verəsiniz. Mediator kimdir, kimlər mediator ola bilər?

 

- 20 ilə yaxındır, daha dəqiq, 19 ildir ki, bu işlə məşğulam, təlimlər keçir, təlimçilər yetişdirir və beynəlxalq tədbirlərdə iştirak edirəm. Türkiyənin bu sahədə ilk mediatoru və ən təcrübəli mütəxəssisiyəm. Mediatorlar mübahisə və münaqişələrin həllində müraciət edilən neytral və müstəqil mütəxəssislərdir. Mediatorların funksiyası nədən ibarətdir? Tərəflər arasındakı mübahisələrin həlli üçün ünsiyyəti yaxşılaşdırır, əgər varsa, emosional maneələri aradan qaldırır, problemləri müəyyənləşdirərək  həll yollarının tapılmasında tərəflərə yardım edir.  Mediatorların hüquqda rolu bir ölkədə mediasiyanın qanuniləşməsi ilə, yəni bu sahəni tənzimləyən qanunun qəbulundan başlayır.  Mediasiya fəaliyyəti qanunla tənzimlənirsə insanlar məhkəməyə getmək əvəzinə mediatorun xidmətinə müraciət edirlər. Kimlər mediator ola bilər sualına cavab vermək üçün ilk növbədə vasitəçiliyin özü – özlüyündə bir peşə olduğunu söyləyərək aydınlıq gətirməyə çalışacağam.  Mediator olacaq şəxs ilk növbədə şəxsiyyəti ilə bu  peşəyə uyğun olmalı, müəyyən bir həyat və iş təcrübəsinə, lazımi təməl və ixtisas bilgilərinə malik olmalı, bilik və bacarıqları sınaqdan keçirilməlidir.

- Dünyanın müxtəlif ölkələrində mediatorluq seminarları keçirir, iştirakçılara sertifikatlar verirsiniz. Bu sertifikatlar nə dərəcədə etibarlıdır? Sertifikatlarınız  bütün ölkələrdə tanınırmı? İnsanlar bu sertifikatlara əsasən mediator kimi çalışa bilirlərmi?

 

- Mediatorların səlahiyyət çevrəsi çox önəmlidir. Bu onlara məcburi və ya könüllü mediasiyalarda üstünlük verilən etibarlı vasitəçilər olmaq imkanı verir. Əslində, sertifikatlaşdırma mübahisəli məsələlərdə mediatora müraciət  etmək istəyənlərə, "bu vasitəçi işinin peşəkarıdır, onu seçə bilərsiniz", deyir. Sertifikatlaşdırma bir zəmanətdir, mediatorun peşəkarlığına zəmanət verir. Mediatorun səlahiyyətliliyi isə  bir çox yolla müəyyənləşdirilir.  Biz, GMN (Qlobal Mediators & Negotiators) olaraq özümüzə xas  etik qaydalara, səlahiyyətər çərçivəsinə malik,  təlimlər və beynəlxalq mediator sertifikatı verən bir təşkilatıq. Biz mediasiya baxımından dünyanın ən önəmli  təşkilatlarından olan Beynəlxalq Mediasiya İnstitutu (IMI) adından  sertifikat veririk. Bunu hansı yollarla gerçəkləşdiririk? Təlimlərimizə qatılanların vasitəçilik və vasitəçilik etikası  bacarıqlarını yazılı və praktiki imtahanla yoxlayırıq. Əgər imtahandan uğurlakeçərlərsə, GMN sertifikatı üçün  5,  IMI sertifikatı üçün isə 20  mediasiya prosesini tamamlamış olmaları tələb olunur. Eyni zamanda GMN-nin  təlimlərində iştirak edən hər kəsə iştirak sənədi veririk.  İstərlərsə  vasitəçilərə praktik təcrübə  və pulsuz mentorluq  imkanı yaradırıq. Beləliklə, onlar yüksək ixtisaslaşmış vasitəçilərə çevrilirlər. GMN bu günə qədər Türkiyə, Braziliya, Kipr, Argentina, Paraqvay və Qırğızıstanda sertifikatlaşdırma fəaliyyəti həyata keçirib və dünyanın hər yerində, o cümlədən türkdilli ölkələrdə  IMI sertifikatlaşdırmasına həyata keçirməyə səlahiyyətlidir. Bu ay Azərbaycanda da başlayacağıq. Azərbaycanın ən yaxşı mediatorları və mediasiya təlimçilərini yetişdirəcəyimizə zəmanət verirəm. 

 

-    Bu günlərdə Azərbaycanda səfər də oldunuz. Kimin dəvətiylə gerçəkləşdi bu səfər? Harada məruzələr etdiniz?  Mühazirələrinizə maraq necə idi?

 

- Bakı səfərim mənim üçün çox anlamlı idi. Çünki Ana nənəm azərbaycanlıdır və Bakıdaykən onu xatırladım. Bu, sadəcə bir iş deyil, həm də qan bağımın da bura çəkdiyi  həssas bir səyahət oldu. Məni kim dəvət etdi? Amerikanın Azərbaycanda Ticarət Palatasından (AmCham) hörmətli Rəşid Məmmədovla və İnTrust Hüquq Firması bu proqramı təşkil etmişdi. Mən Bakıda olduğum zaman AmCham və Azərbaycan Vəkillər Kollegiyasında seminarlar və təqdimatlar keçirmişəm. Çox dəyərli iştirakçılar çox yaxşı suallar soruşdular və onların hamısı da mediatorluqla maraqlanırdı. Mən çox xoş qarşıladılar  və qonaqpərvərliyinizə heyran oldum. Bu səfərimdə  Bakı Hüquq Mərkəzi ilə tanış oldum, hörmətli Mehman Sultanovla görüşdüm. Onlarla əməkdaşlıq etməyə dair razılığa gəldik. 

 

- Bu ay Bakıda daha geniş tərkibdə seminarlara başlayacağınızı söylədiniz. Dəqiq vaxt təyin olunubmu, seminarları nə vaxta planlaşdırırsınız?

 

- Qeyd etdiyim kimi, may ayında Bakıda mediasiya təməl təlimləri keçəcəyik. Təməl bilgilər nədir? Bu, Azərbaycanda ailə, işçi-işəgötürən və kommersiya uyuşmazlıqlarında  mediatorın rolu, mediasiya müddəti, mediasya texnikası və üsullarını göstərən nəzəri və praktik bir təlim olacaq. Bəzən insanlar təlimlərdən o qədər həvəslənirlər ki,  təlim bitincə,  "aa, biz mediator olmayaq, amma öyrəndiklərimizi öz həyatımızda, işimizdə tətbiq edək", deyirlər. Bəziləri də, "bu tam mənə görə, bundan sonra  ixtisaslaşaraq daha da yaxşı bir mediator olacam", deyirlər. Ona görə biz əsas təlim təşkil edirik. Əsas təlim 4 tam gündür. May ayında, 17-24 May tarixləri arasında baş tutacaq.  Bu proqrama müraciət etmək istəyənlər [email protected]  ünvanına e-mail göndərə bilərlər. Çox həyəcanlıyam, çünki Türkiyənin ən yaxşı mediatorlarını  və mediasiya təlimçilərini  yetişdirmiş biri olaraq, Azərbaycana da töhfə vermək mənim üçün çox izaholunmaz bir həyəcan verir. 19 illik beynəlxalq təcrübəmizlə,  Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasına ekspertlik sahəmizə  uyğun olaraq  təlimlərin hazırlanması, vasitəçi  etikasının yazılması, təməl və peşəkarlıq təlimlərinin verilməsi  kimi fərqli mövzularda  dəstək olmaqdan böyk məmnuniyyət  və qürur duyuruq.

 

- Bakıya ilk dəfəmi gəlirdiniz?

 

- Bəli, ilk dəfəydi. Bakını çox sevdim. Mən 14 il Vyanada  yaşamışam. Mediatorluğu da orada öyrəndim. Şəhər mərkəzini bir az Vyanaya bənzədim; geniş küçələr, gözəl və tarixi binalar, yaşıl parklar. Yeməklərinizə heyran oldum.  Hesab edirəm ki, Bakıya qurman səyahətləri təşkil oluna bilər. Mən bunu sosial media hesabımda da söylədim. Çox dadlı yeməklər və dadlı şərablarınız var. Ümumiyyətlə sizin estetika anlayışınızı çox bəyəndim; getdiyim hər yerdə sadəliklə yanaşı  sənətkarca bir toxunuş vardı. İnsanları çox sevdim, çox səmimi, istiqanlıdır insanlarınız var . Olduqca duyğulandığım anlar oldu, əsasən də nənəmi xatırlayarkən. Mən bir an öncə bura  geri dönməyi səbirsizliklə gözləyirəm. Mənə təəssüratlarımı bölüşməm üçün şərait yaratdığınıza görə  təşəkkür edirəm. İnşallah mediasiya  üçün yaxşı işlər görəcəyik!

 

Azadə Balayeva

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11 Magistraturaya qəbul imtahanı keçirildi   26 May 2019, 16:08