Arxiv
5 May 2019, 11:48 |
Nənəsi azərbaycanlı olan tanınmış mediator: “Bu ay Azərbaycanda da başlayacağıq” - MÜSAHİBƏ
Nənəsi azərbaycanlı olan tanınmış mediator: “Bu ay Azərbaycanda da başlayacağıq” - MÜSAHİBƏ

Onun bioqrafiyasını oxuduqca bir türk qadınının bu qədər uğura imza atması içimizi qürür hissi ilə doldurur. Deniz Kite Güner Türkiyənin ilk peşəkar beynəlxalq  mediatoru,   Ümumdünya Mediasiya Təşkilatının Türkiyə və Şimali Kipr təmsilçisi, İngiltərə Müzakirəçilər Cəmiyyətinin qurucularından biri, Global MediatorsNegotiators (GMN) – Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu və rəhbəridir. Bu təşkilat Türkiyənin beynəlxalq səviyyədə tanınan sertifikat verən yeganə qeyri – hökumət təşkilatıdır. Yəni, bu sertifikatı alan hər kəs dünyanın istənilən ölkəsində mediatorluq (vasitəçilik) xidməti göstərə bilər. Ötən ayın əvvəlində prezident İlham Əliyevin fərmanı ilə ölkəmizdə də “Mediasiya  haqqında” qanunun qüvvəyə minməsi bu sahə üzrə peşəkar mütəxəssislərin yetişdiriməsini zəruri edir. Bu işdə hüquqşünaslarımızın əsəs məsləhətçilərindən biri də bu sahənin peşəkarı Dəniz Kitə Güner olacaq.

Dəniz xanımın Modern.az saytına müsahibəsini təqdim edirik.

 

- Dəniz xanım, Siz uzun illərdir bu sahənin bilicisi olsanız da Azərbaycanda mediasiya(vasitəçilik) sahəsi yenidir. Bu baxımdan çox adam ümumiyyətlə mediatorların funksiyasının nədən ibarət olduğunu bilmir. Ona görə də istərdim öncə bu sahə ilə bağlı qısa bilgi verəsiniz. Mediator kimdir, kimlər mediator ola bilər?

 

- 20 ilə yaxındır, daha dəqiq, 19 ildir ki, bu işlə məşğulam, təlimlər keçir, təlimçilər yetişdirir və beynəlxalq tədbirlərdə iştirak edirəm. Türkiyənin bu sahədə ilk mediatoru və ən təcrübəli mütəxəssisiyəm. Mediatorlar mübahisə və münaqişələrin həllində müraciət edilən neytral və müstəqil mütəxəssislərdir. Mediatorların funksiyası nədən ibarətdir? Tərəflər arasındakı mübahisələrin həlli üçün ünsiyyəti yaxşılaşdırır, əgər varsa, emosional maneələri aradan qaldırır, problemləri müəyyənləşdirərək  həll yollarının tapılmasında tərəflərə yardım edir.  Mediatorların hüquqda rolu bir ölkədə mediasiyanın qanuniləşməsi ilə, yəni bu sahəni tənzimləyən qanunun qəbulundan başlayır.  Mediasiya fəaliyyəti qanunla tənzimlənirsə insanlar məhkəməyə getmək əvəzinə mediatorun xidmətinə müraciət edirlər. Kimlər mediator ola bilər sualına cavab vermək üçün ilk növbədə vasitəçiliyin özü – özlüyündə bir peşə olduğunu söyləyərək aydınlıq gətirməyə çalışacağam.  Mediator olacaq şəxs ilk növbədə şəxsiyyəti ilə bu  peşəyə uyğun olmalı, müəyyən bir həyat və iş təcrübəsinə, lazımi təməl və ixtisas bilgilərinə malik olmalı, bilik və bacarıqları sınaqdan keçirilməlidir.

- Dünyanın müxtəlif ölkələrində mediatorluq seminarları keçirir, iştirakçılara sertifikatlar verirsiniz. Bu sertifikatlar nə dərəcədə etibarlıdır? Sertifikatlarınız  bütün ölkələrdə tanınırmı? İnsanlar bu sertifikatlara əsasən mediator kimi çalışa bilirlərmi?

 

- Mediatorların səlahiyyət çevrəsi çox önəmlidir. Bu onlara məcburi və ya könüllü mediasiyalarda üstünlük verilən etibarlı vasitəçilər olmaq imkanı verir. Əslində, sertifikatlaşdırma mübahisəli məsələlərdə mediatora müraciət  etmək istəyənlərə, "bu vasitəçi işinin peşəkarıdır, onu seçə bilərsiniz", deyir. Sertifikatlaşdırma bir zəmanətdir, mediatorun peşəkarlığına zəmanət verir. Mediatorun səlahiyyətliliyi isə  bir çox yolla müəyyənləşdirilir.  Biz, GMN (Qlobal Mediators Negotiators) olaraq özümüzə xas  etik qaydalara, səlahiyyətər çərçivəsinə malik,  təlimlər və beynəlxalq mediator sertifikatı verən bir təşkilatıq. Biz mediasiya baxımından dünyanın ən önəmli  təşkilatlarından olan Beynəlxalq Mediasiya İnstitutu (IMI) adından  sertifikat veririk. Bunu hansı yollarla gerçəkləşdiririk? Təlimlərimizə qatılanların vasitəçilik və vasitəçilik etikası  bacarıqlarını yazılı və praktiki imtahanla yoxlayırıq. Əgər imtahandan uğurlakeçərlərsə, GMN sertifikatı üçün  5,  IMI sertifikatı üçün isə 20  mediasiya prosesini tamamlamış olmaları tələb olunur. Eyni zamanda GMN-nin  təlimlərində iştirak edən hər kəsə iştirak sənədi veririk.  İstərlərsə  vasitəçilərə praktik təcrübə  və pulsuz mentorluq  imkanı yaradırıq. Beləliklə, onlar yüksək ixtisaslaşmış vasitəçilərə çevrilirlər. GMN bu günə qədər Türkiyə, Braziliya, Kipr, Argentina, Paraqvay və Qırğızıstanda sertifikatlaşdırma fəaliyyəti həyata keçirib və dünyanın hər yerində, o cümlədən türkdilli ölkələrdə  IMI sertifikatlaşdırmasına həyata keçirməyə səlahiyyətlidir. Bu ay Azərbaycanda da başlayacağıq. Azərbaycanın ən yaxşı mediatorları və mediasiya təlimçilərini yetişdirəcəyimizə zəmanət verirəm. 

 

-    Bu günlərdə Azərbaycanda səfər də oldunuz. Kimin dəvətiylə gerçəkləşdi bu səfər? Harada məruzələr etdiniz?  Mühazirələrinizə maraq necə idi?

 

- Bakı səfərim mənim üçün çox anlamlı idi. Çünki Ana nənəm azərbaycanlıdır və Bakıdaykən onu xatırladım. Bu, sadəcə bir iş deyil, həm də qan bağımın da bura çəkdiyi  həssas bir səyahət oldu. Məni kim dəvət etdi? Amerikanın Azərbaycanda Ticarət Palatasından (AmCham) hörmətli Rəşid Məmmədovla və İnTrust Hüquq Firması bu proqramı təşkil etmişdi. Mən Bakıda olduğum zaman AmCham və Azərbaycan Vəkillər Kollegiyasında seminarlar və təqdimatlar keçirmişəm. Çox dəyərli iştirakçılar çox yaxşı suallar soruşdular və onların hamısı da mediatorluqla maraqlanırdı. Mən çox xoş qarşıladılar  və qonaqpərvərliyinizə heyran oldum. Bu səfərimdə  Bakı Hüquq Mərkəzi ilə tanış oldum, hörmətli Mehman Sultanovla görüşdüm. Onlarla əməkdaşlıq etməyə dair razılığa gəldik. 

 

- Bu ay Bakıda daha geniş tərkibdə seminarlara başlayacağınızı söylədiniz. Dəqiq vaxt təyin olunubmu, seminarları nə vaxta planlaşdırırsınız?

 

- Qeyd etdiyim kimi, may ayında Bakıda mediasiya təməl təlimləri keçəcəyik. Təməl bilgilər nədir? Bu, Azərbaycanda ailə, işçi-işəgötürən və kommersiya uyuşmazlıqlarında  mediatorın rolu, mediasiya müddəti, mediasya texnikası və üsullarını göstərən nəzəri və praktik bir təlim olacaq. Bəzən insanlar təlimlərdən o qədər həvəslənirlər ki,  təlim bitincə,  "aa, biz mediator olmayaq, amma öyrəndiklərimizi öz həyatımızda, işimizdə tətbiq edək", deyirlər. Bəziləri də, "bu tam mənə görə, bundan sonra  ixtisaslaşaraq daha da yaxşı bir mediator olacam", deyirlər. Ona görə biz əsas təlim təşkil edirik. Əsas təlim 4 tam gündür. May ayında, 17-24 May tarixləri arasında baş tutacaq.  Bu proqrama müraciət etmək istəyənlər [email protected]  ünvanına e-mail göndərə bilərlər. Çox həyəcanlıyam, çünki Türkiyənin ən yaxşı mediatorlarını  və mediasiya təlimçilərini  yetişdirmiş biri olaraq, Azərbaycana da töhfə vermək mənim üçün çox izaholunmaz bir həyəcan verir. 19 illik beynəlxalq təcrübəmizlə,  Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasına ekspertlik sahəmizə  uyğun olaraq  təlimlərin hazırlanması, vasitəçi  etikasının yazılması, təməl və peşəkarlıq təlimlərinin verilməsi  kimi fərqli mövzularda  dəstək olmaqdan böyk məmnuniyyət  və qürur duyuruq.

 

- Bakıya ilk dəfəmi gəlirdiniz?

 

- Bəli, ilk dəfəydi. Bakını çox sevdim. Mən 14 il Vyanada  yaşamışam. Mediatorluğu da orada öyrəndim. Şəhər mərkəzini bir az Vyanaya bənzədim; geniş küçələr, gözəl və tarixi binalar, yaşıl parklar. Yeməklərinizə heyran oldum.  Hesab edirəm ki, Bakıya qurman səyahətləri təşkil oluna bilər. Mən bunu sosial media hesabımda da söylədim. Çox dadlı yeməklər və dadlı şərablarınız var. Ümumiyyətlə sizin estetika anlayışınızı çox bəyəndim; getdiyim hər yerdə sadəliklə yanaşı  sənətkarca bir toxunuş vardı. İnsanları çox sevdim, çox səmimi, istiqanlıdır insanlarınız var . Olduqca duyğulandığım anlar oldu, əsasən də nənəmi xatırlayarkən. Mən bir an öncə bura  geri dönməyi səbirsizliklə gözləyirəm. Mənə təəssüratlarımı bölüşməm üçün şərait yaratdığınıza görə  təşəkkür edirəm. İnşallah mediasiya  üçün yaxşı işlər görəcəyik!

 

Azadə Balayeva

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Elnur Məmmədli təltif olundu - SƏRƏNCAM 14:28, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Jurnlistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün Azərbaycanın dünyada nüfuzu daha da güclənir 13:00, Bu gün Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR 12:56, Bu gün “Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ 12:52, Bu gün Rusiyada əcnəbilərin hərbi xidmətə götürülməsi üçün məntəqələr açıldı 12:48, Bu gün Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI 12:44, Bu gün Ombudsmandan hərbçilərin videosu ilə bağlı ÇAĞIRIŞ 12:40, Bu gün Maqnit qasırğası davam edəcək 12:36, Bu gün Keçmiş naminə gələcəyi qurban vermək... 12:32, Bu gün Şəhid Elmin Mirzəyevin xatirəsi anılıb - FOTOLAR 12:28, Bu gün "Azercell" Azərbaycanda ilk dəfə yeni rəqəmsal tarif təqdim edib 12:24, Bu gün Tehranda ara qarışdı, dərslər dayandırıldı 12:20, Bu gün “Sakura və Xarıbülbül” - Azərbaycanlı jurnalistin məqaləsi yapon mətbuatında... 12:16, Bu gün Instagram hesabını qorumağın yolları 12:12, Bu gün Vətən müharibəsində azad edilən ilk şəhərimiz 12:08, Bu gün