Arxiv
6 May 2019, 08:04 | DİASPOR
Musa Yaqubun Avstriyada yaşayan nəvəsi... - FOTOLAR

Səsindəki qəribə həzinlik adamın ruhunu oxşayır. Dinlədikcə, bu səsin dərinliklərində vətənə, insanlara sevgi dolu kövrək bir ürəyin döyündüyünü duymamaq olmur. Onu daha çox danışdırmağa, daha yaxından tanımağa çalışdım. Söhbətimiz boyu qərib bir ölkədə özü boyda Azərbaycan olmağa cəhd edən bu xanımın arzularına heyran oldum. Onların hər biri vətənlə, xalqla bağlıdır. Bu gənc xanımın istəklərinin hamısına sanki doğma məmləkətin dərdi, sevinci hopub. Avstriyayla Azərbaycan arasında mədəni əlaqələrin daha sıx olmasında iştirak etməyə, Azərbaycanın Avstriyada daha çox tanınmasında xidmət göstərməyə çalışır. İndiyədək avstriyalı şairlərdən Heinrik Böllün, Erik Fridin şeirlərini Azərbaycan dilinə tərcümə edib. Thomas Bernhardın da şeirlərini dilimizə çevirməyə hazırlaşır. Alman ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini, siyasi kitabları, dünya dramaturqlarını yorulmadan mütaliə edir. Ana dilini təkmilləşdirməkdən ötrü Azərbaycan ədiblərinin əsərlərini sevə-sevə oxuyur…

Deyir ki,- "Hər günüm gərgin iş rejimi ilə, əziyyətlə keçir ki, nəsə mənimsəyə, qazana bilim, bilik və bacarıqlarımı təkmilləşdirim. Bu ölkədə milli kimliyimi itirməyim"…


Haqqında söhbət açdığım Nərgiz Gəraylı böyük şairimiz Musa Yaqubun nəvəsidir. İsmayıllıda doğulsa da, Bakıda böyüyüb boya-başa çatıb. Səkkizinci sinfədək 276 saylı məktəbdə oxuyub. Sonra valideynləri ilə birlikdə Avstriyanın Linnzbruk şəhərinə köçüblər. Tam orta təhsilini orada gimnaziyaların birində başa vurub. 2012-2016-cı illərdə Lepold-Franzens Universitetinin siyasi elmlər fakültəsində ali təhsil alıb. 2017-ci ildən həmin universitetin gender mədəniyyəti və sosial dəyişiklik fakültəsinin magistraturasında təhsilini davam etdirir. Bundan əlavə, Salzburq şəhərindəki xüsusi akademiyada sosial-peşə pedaqoqu ixtisasına yiyələnib. Gənclərə kouçluq etmək üzrə təhsil alıb. Eyni zamanda, 2013-2016-cı illərdə ictimai təşkilatlardan birində tərcüməçi kimi çalışıb. 2017-ci ildən Tirol sosial xidmətlərində mütəxəsis-məsləhətçi işləyir…


…Atası Elşən Gərayevin öz şəxsi biznesi var. Anası Səhər xanım Azərbaycan Dillər Universitetini bitirib. Hazırda yaşadığı şəhərdə klinikada çalışır. Qardaşı Gəray isə Avstriya universitetlərindən birində beynəlxalq maliyyə üzrə ali təhsil alır…


İngilis, alman, rus, türk dillərində sərbəst danışa bilən, bir az da fransız dilində fikirlərini ifadə etməyi bacaran bu xanım, ancaq milli musiqimizi, daha çox klassiklərimizin bəstələrini dinləyir. Gözəl rəsm əsərlərinə tamaşa etməkdən xüsusi zövq alır…

Deyir ki, Avstriya məktəblərində ədəbiyyatı az tədris edirlər.: “Mən ədəbiyyatı, necə deyərlər, öz zəkamda, zehnimdə Azərbaycandan gətirmişəm. Burada şagirdlərə duyğusallıq, poeziyaya vurğunluq aşılanmır, əsasən reallığı təbliğ edirlər. Avstriyalılar üçün "Biz" anlamından çox, "Mən" anlamı daha önəmlidir. Hər şey "Mən"dən başlayır. Özünə inam, öz gücünə arxalanmaq, heç kimdən kömək ummamaq avstriyalıların həyat kredosudur. Ona görə də burada sosial ünsiyyət çox zəifdir"…

2017-ci ildən "Anatyrolia" teatr qrupunun üzvüdür. Müxtəlif səhnəciklərdə həvəskar aktrisa kimi rollar alır. Çalışır ki, bir azərbaycanlı kimi xalqımızın zəngin mədəniyyətə malik olduğunu yerli insanlara çatdıra bilsin. 

Hər yerdə halallıq axtarır, söyləyir ki, siyasət də halallıq üzərində qurulmalıdır.

"Mən mühacirlərlə işləyirəm. Əfqanıstandan, Somalidən, eləcə də dünyanın bir sıra ölkələrindən Avstriyaya pənah gətirən bu insanların vətəni tərk etməsinə səbəb xarici müdaxilənin təsiri olsa da, Azərbaycandan gələn mühacirlər daxili savaşın nəticəsində ölkəni tərk edirlər. Necə deyərlər, sapı özümüzdən olan baltalardan qurtulub mühacir həyatına qədəm qoyurlar"…


Bəli, xanımın yaşını deməzlər. Amma o vaxt demirlər ki, otuzdan yuxarı olur. O isə 28 yaşın içindədir. Hələ heç ailə də qurmayıb. Azərbaycan poeziyasına, o cümlədən babası Musa Yaqubun yaradıcılığına dərindən bələd olan bu gənc xanımın dünyagörüşü, hadisələrə verdiyi təhlil, real baxışları, davranışı yüksək mədəniyyətindən, kübarlığından, ziyalılığından irəli gəlir. Başqa cür ola da bilməz, axı o, gözəl insan, böyük şairimiz Musa Yaqubun nəvəsidir…


P.S. İyunun 2-də Nərgiz xanımın doğum günüdür. Fürsətdən istifadə edib, onu bu münasibətlə öncədən təbrik edir, ona bir ömür uğur arzulayırıq...


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İqbal Məmmədov daha iki kənddə seçicilərlə görüşdü - FOTOLAR 29 Yanvar 2020, 00:51 Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO 29 Yanvar 2020, 00:18 Yamayka sahillərində 7,3 bal gücündə zəlzələ oldu 29 Yanvar 2020, 00:01 Qarabağ kanalında batan var - YENİLƏNİB 28 Yanvar 2020, 23:53  “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır” - Vüqar Bayramov 28 Yanvar 2020, 23:45 Koronavirusun yaranma səbəbi: 3 ehtimal 28 Yanvar 2020, 23:27 Azər Kərimli daha 10 kənddə seçiciləri ilə görüşüb - FOTOLAR 28 Yanvar 2020, 23:11 Elmar Məmmədyarov həmsədrlərlə Qarabağ  problemini müzakirə etdi 28 Yanvar 2020, 22:47 İqbal Məmmədov ona məktub yazan uşaqlarla görüşdü - FOTOLAR 28 Yanvar 2020, 22:32 ÜST koronavirusla mübarizə üçün Çinə ekspertlər göndərir 28 Yanvar 2020, 22:12 Jalə Əliyeva seçicilərlə görüşdü – FOTOLAR 28 Yanvar 2020, 21:53 Zəlzələ Yunanıstanı da silkələdi 28 Yanvar 2020, 21:34 Bu dəfə yanğınsöndürənlər ayağa qalxdı 28 Yanvar 2020, 21:17 DYP Bakıda dəhşətli qəzaların görüntülərini yaydı - VİDEO 28 Yanvar 2020, 20:59 Azay Quliyevin seçicilərlə daha bir uğurlu görüşü - FOTOLAR 28 Yanvar 2020, 20:41 Türkiyədə yenidən zəlzələ oldu: əhali küçələrdə 28 Yanvar 2020, 20:26 Pakistanda güclü partlayış - VİDEO 28 Yanvar 2020, 20:07 Alimlər təsdiqlədi: Ən yararlı qida badamdır - SƏBƏB? 28 Yanvar 2020, 20:00 Ukraynadan Çinə uçuşlar dayandırılır 28 Yanvar 2020, 19:56 Saxta qulaqcıqların təhlükəsi məlum oldu 28 Yanvar 2020, 19:50 Azərbaycanda tələbələr nə qədər təqaüd alır? 28 Yanvar 2020, 19:42 Fərhad Abdullayev Konstitusiya Məhkəməsinə edilən şikayətlərdən danışdı 28 Yanvar 2020, 19:33 Deputat və həyat yoldaşı öldürüldü 28 Yanvar 2020, 19:26 Seçicilər Əhliman Əmiraslanovu alqışlarla qarşıladı - FOTO 28 Yanvar 2020, 19:19 Masallıda yeni çay plantasiyaları salınıb 28 Yanvar 2020, 19:11 Deputatlığa namizəd Ceyhun Məmmədov seçicilərlə görüşüb - FOTO 28 Yanvar 2020, 19:03 Mərkəzi xəstəxanalarda növbəni tənzimləyən terminallar quraşdırıldı 28 Yanvar 2020, 19:00 Könül Nurullayeva seçki kampaniyasını aktiv şəkildə davam etdirir - FOTO-VİDEO 28 Yanvar 2020, 18:58 Polis zabitindən nümunəvi ADDIM 28 Yanvar 2020, 18:53 Aslan Aslanov Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 28 Yanvar 2020, 18:39 İDEA daha bir həyəti abadlaşdırdı - VİDEO 28 Yanvar 2020, 18:30 Cavanşir Paşazadə 6 kəndin sakinləri ilə görüşdü - FOTO 28 Yanvar 2020, 18:25 Allahşükür Paşazadəyə yubiley medalı təqdim olundu 28 Yanvar 2020, 18:17 Dünya çempionları Ülvi Quliyevi dəstəkləyir - VİDEO 28 Yanvar 2020, 18:09 Musa Quliyevin Gəncədə izdihamlı görüşü - FOTO 28 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?