Arxiv
10 May 2019, 21:50 | DİASPOR
Kiyevdə Heydər Əliyevin xatirəsi anıldı - FOTOLAR

Bu gün  Kiyevdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Modern.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radası (UAR) dövrümüzün görkəmli siyasi xadimi Heydər Əliyevin Kiyev şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

 

Abidə önündə çıxışı zamanı Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev bildirib ki, Ukrayna-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi üçün Ümummilli lider Heydər Əliyev misilsiz xidmətlər göstərib.

O, qeyd edib ki, iki dövlət arasında münasibətlərin indiki səviyyəyə çatması illər öncə atılan müdrik və hərtərəfli düşünülmüş siyasətin nəticəsidir.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu ölkədə diasporumuzun formalaşmasında Heydər Əliyevin mühüm xidmətlərinin olduğuna diqqəti cəlb edib.

 

Hikmət Cavadov deyib ki, hələ illər öncə Heydər Əliyevin Ukraynaya səfərləri zamanı bu ölkədə yaşayan azərbaycanlılarla keçirdiyi görüşlər diaspor hərəkatının təməlini qoyub: “Sağlam təməllər üzərində qurulan bu hərəkat Ümummilli liderdən sonra onun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində davam etdirilir. Diasporun güclənməsini hədəfləyən bu siyasət əsasının qoyulduğu kimi də inkişaf etdirilir. Heydər Əliyev böyük siyasətçi idi və hər zaman yaddaşlarda elə də qalacaq”.

 

Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin qeyd edib ki, Heydər Əliyevin əziz xatirəsi təkcə Azərbaycanda deyil, həm də Ukraynada da uca tutulur: “Heydər Əliyevin Ukrayna ilə qurduğu münasibətlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Məhz onun xidmətləri sayəsində, indi hər iki dövlət öz güclü dostluq əlaqələrini davam etdirməkdə maraqlıdır”.

 

Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatının sədri Damət Əsgərov həm Ukraynada doğulub, boya başa çatan, həm də müxtəlif səbəblərdən bu ölkədə yaşayan azərbaycanlı gənclərin Heydər Əliyev irsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb: “Heydər Əliyev hər zaman gənclərə dəyər verib. Onun gənc nəslə göstərdiyi diqqət və qayğı misilsiz olub. Ona görə də gənclərimiz Heydər Əliyevin siyasi kursuna böyük önəm verir və daim dəstəkləyirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Meral Akşənərdən Azərbaycanca təbrik - FOTO 18 Oktyabr 2019, 09:58 Bu ərazilərdə qaz kəsiləcək 18 Oktyabr 2019, 09:49 Ermənilər atəşkəsi 21 dəfə pozdu 18 Oktyabr 2019, 09:42 Kişilər olub e! 18 Oktyabr 2019, 09:37 ABŞ-la Türkiyə Suriya məsələsində razılaşdılar: YPG ərazidən çəkiləcək 18 Oktyabr 2019, 09:35 Fəttah Heydərov: “Tezliklə Qarabağda da belə bayramları qeyd edək!” 18 Oktyabr 2019, 09:34 Gülmirənin dünyası... 18 Oktyabr 2019, 09:30 Mehriban Əliyevadan Dövlət Müstəqilliyi Günü TƏBRİKİ 18 Oktyabr 2019, 09:19 Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏT 18 Oktyabr 2019, 09:03 Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz… 18 Oktyabr 2019, 08:51 İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana gəlir 18 Oktyabr 2019, 08:21 Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR - 5646 hərbçi ölüb 18 Oktyabr 2019, 08:08 El-Klasiko təxirə salınıb 18 Oktyabr 2019, 00:46 Məşhur idmançımız xəstəxanaya yerləşdirildi - FOTO 18 Oktyabr 2019, 00:20 Müstəqilliyimizin bərpasının 28 illik tarixi... 18 Oktyabr 2019, 00:02 Bakıda sərnişin avtobusu qəza törətdi 17 Oktyabr 2019, 23:47 Azərbaycan nefti bahalaşdı 17 Oktyabr 2019, 23:31 “Qarabağ”ın oyununa 30 min bayraq sifariş verildi   17 Oktyabr 2019, 23:12 “Məmurların əlində oyuncağa çevrilən mətbuat orqanları var” - Umud Mirzəyev 17 Oktyabr 2019, 23:02 Bakıda gənc oğlan itkin düşdü 17 Oktyabr 2019, 22:56 “Türkiyə əməliyyata  fasilə verir” - Çavuşoğlu aydnlıq gətirdi, VİDEO 17 Oktyabr 2019, 22:43 Ramal "Maşın"ı belə tərk etdi - VİDEO 17 Oktyabr 2019, 22:25 ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır - FOTO 17 Oktyabr 2019, 22:13 Bakıda şagird idarəetmə sistemi yaradıldı 17 Oktyabr 2019, 21:48 Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı 17 Oktyabr 2019, 21:29 Türkiyənin Suriyada  zərərsizləşdirdiyi  terrorçu sayı 700-ə çatdı 17 Oktyabr 2019, 21:16 Uşaq hüquqları aylığına start verilir 17 Oktyabr 2019, 20:58 Ağstafada itkin düşən qadın Bakıda tapıldı 17 Oktyabr 2019, 20:44 Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir 17 Oktyabr 2019, 20:27 Əhalinin gəlirləri 6.7 faiz artıb 17 Oktyabr 2019, 20:16 Azərbaycan - Slovakiya oyununun stadionu dəyişdirildi 17 Oktyabr 2019, 20:01 Lukaşenko: "Rusiya dövlət deyil..." 17 Oktyabr 2019, 19:53 Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34 “Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI 17 Oktyabr 2019, 19:29 İstanbulda yeni zəlzələ proqnozlaşdırıldı 17 Oktyabr 2019, 19:24